"Tarixi ədalət onu tələb edir ki,..." - POLİTOLOQ AÇIQLADI

“Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı qeyd edib ki, ora Azərbaycan torpaqlarıdır. Sisyanı da, İrəvanı da sayıb və deyib ki, biz ora mütləq qayıdacağıq. Cənab onu da əlavə edib ki, bu o demək deyil ki, biz ora tank üstündə qayıdacağıq. Əgər biz Zəngəzur dəhlizi üzrə Naxçıvana gedə biliriksə, niyə İrəvana gedə bilməyək?! Burada əsas ismarıc beynəlxalq arenaya gedir. Belə ki, ermənilər beynəlxalq arenada vurğulamaq istəyirlər ki, Dağlıq Qarabağda ermənilər tarixən yaşayıblar və onlar həmin torpaqlarda da yaşamaq hüququnu saxlayırlar və orada da yaşaya bilməlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, cənab Prezident isə burada bildirir ki, əslində Dağlıq Qarabağ daxil olmaqla, hətta, Ermənistanın öz torpaqlarında da azərbaycanlılar həmişə yaşayıblar. Tarixi ədaləti bərpa etməyə tam haqqı çatır məsələsinə, məhz orda cənab Prezident vurğulamaq istəyir ki, əslində bizim həmin torpaqlara belə qayıtmaq hüququmuz var".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə