Sərhədlər müəyyənləşdirildikdə, Ermənistan tam və nəzarət altında olan mühasirəyə düşəcək Edqar Elbakyan
Politoloq, “Erməni proyekti” proqramının həmtəsisçisi Edqar Elbakyan Panorama.am-da yazdığı məqaləsində sərhədlərin müəyyənləşdirilməsi prosesində yaranacaq maraqlı məqamlara toxunub. Yazını oxucularımıza təqdim edirik.
“SSRİ Baş Qərargahının son buraxılış xəritəsinə əsasən GPS ilə Ermənistan Respublikasının Tavuş bölgəsində sərhəd çəkildiyi təqdirdə:
... faktiki olaraq, Ermənistan hakimiyyəti, təslim olmağın ikinci bir sənədini imzalayacaq - dövlət nüfuzunun itirilməsi və milli kimliyin məhv edilməsinin proqnozlaşdırılan nəticələri ilə;
... Voskepar, Kirants, Azatamut və Kayan kəndləri ayrılacaq, Sünikdəki Şurnux və Vorotan kəndləri kimi, Aygeovit və Ditavan kəndləri düşməndən yalnız 300-500 metr məsafədə qalacaq;
... Bu kəndlərdən 6-sı otlaqlarını və tarlalarını itirəcək, bu da tədricən yuxarıda göstərilən yaşayış məntəqələrindən ermənilərin çıxmasına səbəb olacaq;
... "coğrafi məqsədəuyğunluq" adı altında Voskepar kəndi tamamilə Azərbaycana təslim edilə bilər - Azərbaycanla Verin Voskepar arasında quru əlaqəsini təmin etmək;
... Kirants və Açarkut kəndləri mühasirədə olacaq, çünki bu kəndlərə doğru yolumuz olmayacaq,
... Ermənistanı Gürcüstan və Rusiya ilə birləşdirən İcevan-Noyemberyan dövlətlərarası yolunun 2,05 km-lik hissəsi də Goris-Kapan magistral yolunun Goris-Vorotan-Şurnux-David-Bek yolunun əsas hissəsi kimi Azərbaycana veriləcək. Və orada Sünikdəki kimi problemlərlə qarşılaşacağıq;
... Ermənistan faktiki olaraq Azərbaycan və Türkiyə tərəfindən tam və nəzarət altında olan mühasirəyə düşəcək".
Fotoşəkildə: XIII əsr kilsəsi ərazisi, təslim olduğu iddia edilən Verin Voskepar.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB