"Mənəvi Dəyərlərin Təbliği Fonduna ayrılan vəsait..." - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ
“Azərbaycanda hər zaman müxtəlif dinlər və mədəniyyətlər mövcud olub. Bu bizim tariximizin zənginliyidir”. Bu sözləri SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.
Onun sözlərinə görə, 20-ci əsrin sonlarında müstəqilliyimizi təkrar bərpa etdikdən sonra biz yenə həmin zəngin irsin daşıyıcıları olaraq bu zəngin irsimizi daha da inkişaf etdirmək mərhələsinə qədəm qoyduq: “Bildiyimiz kimi Ulu Öndər tərəfindən əsası qoyulan müasir Azərbaycandakı din-dövlət münasibətləri modeli bu gün də cənab Prezident tərəfindən uğurla davam etdirilir. Bu sahəyə xüsusi qayğı və diqqət vardır. Son illərdə din-dövlət münasibətlərinin təkmilləşməsi sahəsində bir sıra fəaliyyətlər həyata keçirilib. Buna misal olaraq, biz 2017-ci ildə cənab Prezidentin fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun və 2018-ci ildə isə Azərbaycan İlahiyyat İnustitutunu yaradılmasını göstərə bilərik".
Mehman İsmayılov həmçinin qeyd edib ki, hər il cənab Prezident tərəfindən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfensiyyalara və dini qurumlara, onların öz fəaliyyətlərini daha da təkmilləşdirməsi, ölkədə tolerant mədəni mühitin qorunub saxlanaraq daha da inkişaf etdirilməsi məqsədilə vəsait ayrılır: “Hər il Qafqaz Müsəlmanları İdarəsinə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına, habelə digər bir çox dini qurumlara dövlət tərəfindən maddi dəstək göstərilir. Bu il də cənab Prezident tərəfindən həmin dini qurumlara vəsait ayrılmışdır. Digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Prezidentin sərəncamına əsasən Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılıb. Qeyd edim ki, 2019 və 2020-ci illərdə də Fond qeyri-islam dini icmalarına dövlətin maddi dəstək missiyasını icra edib. Bu il də, cənab Prezidentin sərəncamı ilə Fonda ayrılmış vəsait Fondun Himayəçilər Şurasının müvafiq qərarı əsasında ölkəmizdə fəaliyyət göstərən digər qeyri-islam icmalarının hesablarına köçürüləcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB