Dünən Moskvada Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etdi. Bu, 20 iyun tarixində keçirilən parlament seçkilərində “Vətəndaş Sazişi” partiyasının qələbəsindən sonra Ermənistan liderinin ilk xarici səfəridir.
Danışıqların açıq hissəsində Rusiya lideri seçkilərdə qazandığı qələbə münasibətilə Paşinyanı təbrik edərək, bunun “hər kəs üçün, ilk növbədə, əlbəttə ki, Ermənistan üçün, erməni xalqı üçün” əhəmiyyətini vurğuladı və qeyd etdi ki, ən əsası xalqın etibarını qazanmaqdır.
Öz növbəsində, Paşinyan Rusiya Prezidentinin Qarabağda sülhün əldə olunmasına şəxsi töhfəsini qeyd etdi- Ermənistan-Azərbaycan sərhədindəki "çox sabit olmayan" vəziyyətdən bəhs etməyi də unutmadan.
Bununla belə, Paşinyanın Moskvaya yalnız Putinə təşəkkür etmək və ondan təbrik almaq üçün getmədiyi göz qabağındadır. Bəs niyə getmişdi?
Bu suala "Moskva-Bakı"portalının ekspertləri cavab verir.
Politoloq, PolitRUS portalının rəhbəri Vitali Arkov:

- Bu gün Ermənistanda vəziyyət, əslində, çətin olaraq qalır. Həm keçmiş prezident Robert Koçaryanın “Ermənistan” blokunun, həm də keçmiş lider Serj Sarkisyanın “Mənim şərəfim” blokunun Ermənistan Konstitusiya Məhkəməsinə parlament seçkilərinin nəticələrinin ləğvi tələbi ilə müraciət etdiklərini bilirik. Məhkəmənin qərarı mənfi olarsa, məhkəmə onların tərəfini tutmazsa, insanları küçələrə çıxarmağa hazır olduqlarını bildirdilər.
Bu səbəbdən Moskvadan Paşinyana dəstək indi son dərəcə vacibdir, Moskva Ermənistandakı mühüm siyasi proseslərin əsas vasitəçisi olaraq qalır- həm birbaşa, həm də Rusiyadakı böyük və nüfuzlu erməni icması vasitəsi ilə. Kreml həm də Cənubi Qafqazdakı proseslərin vasitəçisidir. Buna görə də problemləri həll etmək üçün Moskvaya gedirlər. Paşinyan indi Moskvada dəstək tapdı. Putin onun qələbəsini təbrik etdi, bunun Ermənistan üçün əhəmiyyətini vurğuladı. Ümid edək ki, Ermənistanda vəziyyət düzəlməyə başlayacaq və siyasi qüvvələr arasındakı fikir ayrılıqları küçələrdə deyil, parlamentdə həll ediləcək.
Bu cəhətdən Putin və Paşinyan Ermənistanda həll etmək, tarazlığı qorumaq, uzlaşma əldə etmək imkanlarını müzakirə etmələri mümkündür. Məncə, Paşinyanla rəqibləri arasında müəyyən bir siyasi konsensus mümkündür.
Paşinyan keçən ilin payızında Qarabağdakı müharibə səbəbi ilə çətin vəziyyətdə qaldı. Qarabağ müharibəsi zamanı Qərbdəki “böyük dostları” ona kömək edə bilmədi. Bəlkə də Rusiyaya doğru yönəlməyə məcbur olduğundan, Ermənistan üçün belə bir çətin vəziyyətdə hakimiyyətdə qalmağı bacardı. Başa düşürük ki, Paşinyanın indi əl-ayağa bağlıdır, indi ondan qərbyönümlü bir siyasətçi kimi danışa bilmərik. Ürəyində belə ola bilər və qalır, amma vəziyyət elədir ki, ictimaiyyət qarşısında ola bilməz. Üzərində "Qarabağ klanı" nın “Damokl qılıncı”nın həmişə asıldığını və asılacağını başa düşür. Və yalnız Moskva onu qoruya bilər.
Və daha bir məqam. Keçən il 9 Noyabrda Paşinyan Dağlıq Qarabağ nizamlanmasına dair üçtərəfli razılaşmaları yerinə yetirmək üçün Moskva qarşısında öhdəliklərini imzaladı. Və bu öhdəliklərini sona qədər yerinə yetirməlidir.
Qarşıda hələ də Azərbaycanla sülh müqaviləsi, delimitasiya, demarkasiya, Zəngəzur dəhlizinin açılması məsələsi durur. Başa düşürük ki, “Qarabağ klanı”nın nümayəndələri indi Ermənistanda hakimiyyətə qayıtsaydı, bu məsələlərin həlli illərlə, hətta onillərlə uzanacaqdı. On illərdir ki, Azərbaycanla müharibə edən insanlar sülh məsələlərini obyektiv həll edə bilməzlər. Bundan əlavə, Cənubi Qafqazda yeni bir qarşıdurma ehtimalı yüksək olaraq qalacaq. Buna nə Moskva, nə Bakı, nə Ankara, nə də bölgədəki digər oyunçular, nə də Ermənistanın özü ehtiyac duymur. Buna görə də, bu anda Moskva Paşinyanın Ermənistandakı qələbəsindən, sülh partiyasının qələbəsindən razıdır.
Düşünürəm ki, çox güman ki, Paşinyan indi Putindən Moskvada Rusiyadakı erməni icmasına, “Qarabağ klanı”na müəyyən təsir göstərməsini xahiş edirdi ki, Ermənistandakı vəziyyəti daxildən sarsıtmaq üçün yeni cəhdlərin qarşısını alsın. Bəlkə də bunun müqabilində Paşinyan yarı yolda görüşməli və Köçəryana bir növ vəzifə verməli idi.
Putin Paşinyana Qarabağla bağlı razılaşmanı yerinə yetirməyə davam etməsi lazım olduğunu açıq şəkildə bildirdi. Seçkilər göstərdi ki, Ermənistanda Paşinyanın Azərbaycanla sülhə getməyə hazır olmasına dəstək olacaq cəmiyyətin əhəmiyyətli bir hissəsi var. Bu qisas almaq istəməyən bir qrup insan, bunlar Paşinyanın siyasətini, o cümlədən Azərbaycanla münasibətlərdə dəstəkləyən insanlardır. Və bu gün Paşinyan onsuz da əhalinin dəstəyinə arxalanaraq dinc addımların həyata keçirilməsində iştirak edə bilər. Seçkilərdən əvvəl bu cür addımların atılmasının çətin olduğu aydındır, çünki bu, on illərdir anti-Azərbaycan, anti-türk təbliğatı ilə zombiləşdirilən erməni cəmiyyətinin mənfi reaksiyasına səbəb ola bilər.
Gördüyümüz kimi, Ermənistandakı cəmiyyət bu təbliğatdan tədricən ayılır və ağılla düşünməyə başlayır. Bu, ilin sonunadək Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması məsələsində ciddi irəliləyişə ümid verir. Ermənistan bölgədəki ortaq iqtisadi məkana qoşulmalıdır. Bu, həm Moskvada, həm də Bakıda dəfələrlə müzakirə olunmuşdur. Moskvanın vasitəçiliyi olmadan Azərbaycan və Ermənistan üçün iqtisadi əlaqələr qurmağın çətin olduğu aydındır. Rusiya isə Ermənistana “subsidiya verməkdən” bezdi, ona görə də bu gün İrəvanın bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin qarşısını almaqdansa, borclarını yerinə yetirməsi son dərəcə vacibdir.
Eyni zamanda, Nikol Paşinyan böyük ehtimalla payıza qədər daxili problemlərlə məşğul olacaq. Ancaq təəssüf ki, erməni cəmiyyətinin parçalanması səbəbi ilə Qarabağ cığırında təxribatlar olmadan keçinmək mümkün olmayacaq. Bundan əlavə, erməni ordusundakıların çoxunun Paşinyanı qəbul etmədiyini başa düşmək lazımdır, buna görə də bu orduda təxribatlar hazırlaya bilərlər.
Yevgeni Mixaylov, politoloq, konfliktoloq:

- Düzü, Paşinyanın ilk rəsmi xarici səfərini Moskvaya etməkdən başqa yolu yox idi. Ermənistanın ərazi bütövlüyünün və keçən ilin noyabrında Dağlıq Qarabağ nizamlanmasına dair müqavilənin imzalanmasından sonra başlayan sülh prosesinin əsas təminatçısı olan Rusiyaya getməsi lazım idi. Moskvadakı Paşinyan, Rusiya prezidentinin onu dəstəklədiyinə əmin idi. Seçkilər göstərdi ki, erməni xalqı yenidən Ermənistanın taleyini Paşinyana əmanət etdi. Əlbəttə, Moskvanın iştirakı olmadan Ermənistan böhrandan çıxa bilməzdi. İndi isə Paşinyan zəmanətləri təmin etməyə, strateji müttəfiqi və təhlükəsizlik qarantının nisbətən sadiq münasibətindən əmin olmaq üçün getdi. Həm də qonşulardan şikayət etmək üçün. İnsanlarınıza bir şey etdiyinizi göstərməlisiniz. İstədiyiniz qədər şikayət edə biləcəyinizi başa düşürük. Səfər ona görə baş verdi ki, Rusiya bu və ya digər dərəcədə Ermənistanı dəstəkləməyə davam etsin, amma hamımız başa düşürük ki, Moskva bunu Rusiya-Azərbaycan münasibətlərinin zərərinə etməyəcək.
Düşünürəm ki, Putin bir daha Paşinyana Qarabağ nizamlanması ilə bağlı əldə olunan razılaşmaların pozulmayacağını xatırlatdı. Hər hansı bir sual yaranarsa, Moskva hər zaman Ermənistanla Azərbaycan arasındakı münaqişə vəziyyətinin həllində iştirak etməyə hazır olacaqdır.
Ermənistanı Azərbaycanla sərhəddə narahat edən vəziyyətə gəlincə, Rusiya burada da tarazlığı qoruyacaq. Moskva təkcə Ermənistanla deyil, həm də Qafqazda sülhün əldə olunmasında tərəfdaşları ilə - Türkiyə və Azərbaycanla məsləhətləşmələr aparır. Mən şəxsən Ermənistanda yeni bir Rusiya bazasının açılması üçün heç bir ilkin şərt görmürəm. Hər halda bu, Türkiyə və Azərbaycanla razılaşdırılmadan baş verməyəcək. Ümumiyyətlə, Gümrüdəki Rusiya bazası onsuz da Ermənistanın tam təhlükəsizliyini təmin edir. Və Ermənistan sərhədindəki rus sərhədçilərinin sayının artması, Ermənistanın rus qoşunlarının hücumuna bir sıçrayış meydanı olacağı mənasına gəlmir. Bu, absurddur.
Bir tərəfdən, Paşinyanın hərəkətlərini təhlil etsəniz, çox güman ki, onun Azərbaycanla sülh yolunu davam etdirəcəyi bildirilir. Digər tərəfdən, Ermənistanda qarışıqlıq kifayət qədər güclüdür və bu ölkə tamamilə gözlənilməzdir - bu gün bir şey ola bilər, sabah - başqa, üçüncü gün başqa, amma bu səbəbdən də istənilən halda tez bir zamanda təzyiqə məruz qalan bir dövlətdir. Hər halda, Rusiya Federasiyasında bir növ intiqam, yeni müharibələr üçün qışqıranları sakitləşdirmək üçün diplomatik rıçaklar var.
Ermənistanda vəziyyət ən azı bir az sabitləşdikdə, hakimiyyətin nəqliyyat və iqtisadi əlaqələrin qarşısını almamağa razı olması ehtimalı nə qədərdir? Ehtimal kifayət qədər yüksəkdir, Paşinyan Ermənistandakı gücünü həqiqətən artırmalı, revanşizm tərəfdarlarını, "Qarabağ klanı"nı təmizləməlidir, o zaman ölkəsi üçün həqiqətən bir şey edə bilər və Azərbaycanla sülh müqaviləsi imzalanmasına nail ola bilər. Zaman göstərəcək. Seçkilər yenicə bitib. Hələlik, Paşinyanın sülhə can atmasına dəstək olacağıq və o zaman hər şey bəlli olacaq. Azərbaycanla Ermənistan arasında iki dəfə minalanmış ərazilərin xəritələrinin mübadiləsi baş verdi, əminəm ki, Paşinyan bundan sonra da bu yolu davam etdirəcək, çünki bu, indi onun üçün - siyasi imicini gücləndirmək baxımından faydalıdır.
Tərcümə: Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB