“Geosiyasi reallığı dəyişməyə cəhd göstərirlər” - POLİTOLOQ XÜSUSİ MƏQAMLARA TOXUNDU

“Geosiyasi reallığı dəyişməyə cəhd göstərirlər” - POLİTOLOQ XÜSUSİ MƏQAMLARA TOXUNDU

“Ermənistan tərəfinin vaxtaşırı həmsərhəd nöqtələrdə və Ağdam istiqamətində Azərbaycan ordusunu atəşə tutması ənənəvi erməni təxribatçılıq xislətindən irəli gəlir”. Bunu SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

Sahil İsgəndərovun sözlərinə görə, bu gün Paşinyan Moskvaya çağrılıb və Rusiya prezidenti Vladimir Putinlə görüşlər keçirilir: “Bu müstəvidə Moskva konkret olaraq Paşinyana üç tərəfli bəyannamənin müddəlarının həyata keçirilməsi ilə bağlı tələblər qoyacaq. Paşinyanın bəzi məsələlərdə vaxtında addım atmaması Ermənistan cəmiyyətində seçkilərindəki müəyyən narazılıqlarla izah olunur. Düşünürəm ki, Moskva üçtərəfli bəyannamədə məhz özünün də maraqlarına cavab verən müddəaların tezliklə həyata keçirilməsinə çalışacaq. Rusiyadakı bu görüşlərdə və müzakirələrdə Paşinyan xəbərdar olunacaq. Bu ərəfədə Ermənistan tərəfinin təxribat törətməsi, sonra Azərbaycan tərəfini günahlandırması Moskvanı siyasi şantaja cəlbetmə cəhdini göstərirdi.

Qeyd edim ki, belə məqamlarla və bu cür təxribatlar törətməklə Ermənistan Azərbaycanla Rusiya arasında müəyyən narazılıqlar yaratmaq istəyir.

Ona görə ki, burada Rusiya sülhməramlıları yerləşirsə və vəziyyətə nəzarət edirlərsə, Ermənistan tərəfinin bu təxribatlarının qarşısı məhz Rusiya sülhməramlıları tərəfindən qəti şəkildə alınmalıdır. Azərbaycan öz narazı mövqeyini ortaya qoyub. Lazım gəldikdə, Azərbaycan tələb edə bilər ki, bölgə Silahlı Qüvvələrin nəzarətinə keçsin. Bu məqamda etiraf etmək lazımdır ki, Ermənistan müəyyən dərəcədə istəyinə nail olub. Çox təəssüflər olsun ki, Türkiyə və Rusiya birgə hərbi monitorinqin təmsilçiləri dünən həmin instidentlə əlaqədar birgə məlumat veriblər. Lakin, çox keçmədən Rusiyanın Müdafiə Nazirliyi bəyanat verib ki, orada heç bir insident baş verməyib, vəziyyət nəzarət altındadır və atəşkəs pozulmayıb. Bu bəyanatın verilməsində bir çox anlaşılmayan məqamlar var.

Rusiya-Türkiyə monitorinqində fəaliyyət göstərən Rusiya təmsilçiləri insidentin baş verdiyini deyir, lakin Rusiyanın Müdafiə Nazirliyi başqa cür çıxış edirlərsə, bunun özü böyük bir sual doğurur.

Sözsüz ki, bu, Azərbaycan tərəfinin haqlı təəccübünə və narahatlığına səbəb olub. Buradan belə nəticə çıxır ki, Rusiya Müdafiə Nazirliyi sülhməramlıların fəaliyyətinə nəzarət edə bilmir.

Rusiya Müdafiə Nazirliyi öz sülhməramlılarının fəaliyyətlərinin üzərinə kölgə salmaqdan çəkinir və onlara hər vəchlə bəraət qazandırmağa çalışır ki, sülhməramlılar öz misssiyalarını dəqiq yerinə yetirirlər.

Düşünürəm ki, bunun özü yalnış bir yanaşmadır. Rusiya tərəfi bu məsələdə daha məsuliiyətli olmalıdır. Eyni zamanda Azərbaycanın haqlı olaraq yaranan suallarına cavab verməlidirlər ki, bu təxribatlar niyə davam edir? Ermənistan bu təxribat yolları ilə Azərbaycan və Ermənistan arasında sərhədlərin delitimasiya və demokrasiya məsələsinə maneə olmaq istəyir.

Bu insident Ağdamda baş versə də, bilirik ki, vaxtaşırı sərhəddə də belə hadisələr baş verir. Əsas məqsəd Azərbaycan, Türkiyə və Rusiya arasındakı üçbucağın pozulmasıdır.Yəni, bölgədəki yeni geosiyasi reallığın arxitektura və təminatçısı olan bu 3 ölkə arasında narazılıq və qıcıq yaratmaqdan ibarətdir. Bununla da gündəmdə və fəaliyyətdə olan geosiyasi reallığı dəyişmək istəyirlər. Hadisələrin sıfır nöqtəsinə qaytarılmasına cəhd var. İstənilən halda buna nail olunmayacaq və Ermənistanın təxribatları cavabsız qalmayacaq”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə