"Azərbaycan Ermənistana təzyiqləri gücləndirməlidir" - SİYASİ EKSPERT REAKSİYA VERDİ
“Azərbaycanın iki rayonunun mina xəritələrinin 15 nəfər erməni diversantı ilə dəyişdirilməsi Azərbaycanın Ermənistanla münasibətləri tənzimləməyə, sülh və etimad mühiti yaratmağa nə qədər meyilli olduğunu göstərsə də, təəssüf ki, bu fikri Ermənistanın siyasəti haqqında demək mümkün deyil. Çünki Ermənistan iki mərhələdə 3 rayonun xəritələrini vermiş olsa da, bunu könüllü prinsip əsasında deyil, əksinə, müxtəlif beynəlxalq təzyiqlərin təsiri altında edib”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
.jpg)
Ekspertin sözlərinə görə, Ermənistan hər hansı bir qarşılıq gözləmədən də minalanmış ərazilərin xəritələrini beynəlxalq sülh öhdəlikləri əsasında ilk gündən Azərbaycana təhvil verə bilərdi: “Buna görə də Ermənistanın gələcəkdə də bu istiqamətdə addımları davamlı və könüllü şəkildə atacağını gözləmək əsassısdır. Ermənistan sadəcə olaraq sülhün, təhlükəsizliyin təmin olunmasını, iki dövlət və xalq arasında etimadın yaranmasını istəmir”.
A.Quliyev vurğulayıb ki, Azərbaycan humanitar əməkdaşlıq çərçivəsində lazım olan addımları atmağa hazır olduğunu dəfələrlə bəyan edib: “Bu barədə Rusiya rəsmiləri də öz açıqlamalarında qeyd ediblər. Bütün bunlara görə Azərbaycan Ermənistana təzyiqləri gücləndirməlidir. Hazırda 4 rayonun mina xəritələri Ermənistanın əlindədir və Azərbaycan gözləyə bilməz ki, bu xəritələrin təhvil verilməsi üçün də Ermənistana nəsə verilməlidir. Bu, Ermənistanın prosesi uzatmaqla, bölgədə sülh və təhlükəsizliyə mane olmaq siyasətindən başqa bir şey deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB