Putin: NATO Avropada, Rusiya sərhədlərində gərginliyi artırır

Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransının iştirakçılarına və qonaqlarına video müraciət edib. Putin NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi qabiliyyətlərini artırdığını və dialoqdan imtina etdiyini söyləyib.

NATO-nun Rusiya sərhədləri yaxınlığında fəaliyyəti və ittifaqın Moskvanın təkliflərini əsaslı şəkildə nəzərdən keçirməsindən imtina etməsi narahatlıq doğurur- Prezident deyib.

"Ümidvarıq ki, sağlam düşüncə və bizimlə konstruktiv əlaqələr inkişaf etdirmək istəyi nəticədə qalib gələcək"- Putin əlavə edib.

Müdafiə naziri Sergey Şoyqu, öz növbəsində, NATO-nun Rusiya və Çinə qarşı üçün qlobal bir hərbi-siyasi ittifaqa çevrildiyini qeyd etdi. Onun sözlərinə görə, Avropada hərbi qarşıdurmaya meyl yaranıb, NATO Rusiya sərhədlərində vəziyyəti gərginləşdirən davamlı hərbi təlimlər keçirir.

Nazirin sözlərinə görə, NATO qoşunların alyans üzvü olan ölkələrin yaxın ərazilərinə operativ köçürülməsi üçün marşrutlar hazırlayır. Şərq sərhədlərində isə, təhlükə Amerikada orta mənzilli raketlərin Asiyada yerləşməsi ilə ortaya çıxır. Şoyqu xatırladıb ki, ABŞ bu cür silahların ləğvi ilə bağlı müqavilədən çıxdıqdan sonra bununla bağlı heç bir məhdudiyyət yoxdur.

Moskva NATO-nun Qara dənizdəki təlimlərindən də narahatdır. Xüsusilə, iyun-iyul aylarında planlaşdırılan “Sea Breeze” (Dəniz mehi) Ukrayna-Amerika təlimlərindən. Rusiyanın ABŞ-dakı səfirliyi manevrlərin Qara dəniz bölgəsindəki istənməyən hadisələrin riskini artırdığına görə ləğv edilməli olduğuna inanır. Rusiya Xarici İşlər Nazirliyi də eyni mövqedədir.

Öz növbəsində Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov, “Sea Breeze” örtüyü altında NATO-nun Ukraynanı müasir silahlarla təmin edəcəyini, daha sonra bu silahların Ukrayna Silahlı Qüvvələrinə və Donbasdakı millətçi batalyonlara veriləcəyini söylədi.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə