"Rus sülhməramlıları Qeqarkunikdə yerləşdiriləcək" - Baş Qərargah rəisi

"Rus sülhməramlılarının Qeqarkunik (Basarkeçər) bölgəsinə yerləşdirilməsi planlaşdırılır, proseslər davam edir". SİA xəbər verir ki, bunu erməni mətbuatına açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan deyib.

Onun qeyd etdiyinə görə, son qərarın verilməsində təkcə bizim deyil, digər tərəflərin də razılıq verməsi lazımdır: "Bunun üçün danışıqlar aparılır. Danışıqların gedişi və digər texniki məsələlər barədə əlavə məlumat verəcəyik”.

Davtyan bildirib ki, bu barədə Azərbaycan tərəfi ilə heç bir söhbət aparılmayıb, çünki öz ərazilərimizdə bu və ya digər addım atmaq üçün onlarla danışmağa ehtiyac yoxdur: "Ancaq Rusiya tərəfi ilə danışıqlar aparılır, çünki başqa suallar var, biz Azərbaycan bölmələrini qarşıdurmalar olmadan ərazimizdən çıxartmağa çalışırıq".

Qeqarkunik bölgəsində güzəştlərin olub-olmayacağı ilə bağlı suala Davtyan: "Heç bir güzəşt olmayacaq. Azərbaycan Silahlı Qüvvələrinin geri çəkilmə məsələsi danışıqlar yolu ilə həll olunmasa, müvafiq hərəkətlərlə həll ediləcək", deyə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə