Gerçəkləşən qorxulu erməni yuxuları -TƏHLİL

Gerçəkləşən qorxulu erməni yuxuları -TƏHLİL

Bəllidir ki, Nikol Paşinyan Qərbin layihəsidir və qarşıya qoyduğu hədəfə çatmaq üçün onu bir vasitə olaraq ortaya atıb ki, artıq erməni cəmiyyəti belə özü də bunun fərqindədir. Fərqindədir ki, Paşinyan nə demokratiya gətirən deyil, nə xalq haqqında düşünmür, nə də bu xalqa verə biləcəyi heç nəyi yoxdur, təbii ki, sözdən, vəddən başqa. Heç şübhəsiz ki, Qərbin planlarına mane olan bir vasitə kimi də Koçaryan ortalıqdadır və Qərbə qarşı tərəfin layihəsi kimi də bir növ ona qarşı çıxır. Amma, erməni cəmiyyəti dərk etməlidir ki, düşdüyü acınacaqlı vəziyyətin səbəbi elə kimlərinsə, hansısa qüvvələrinsə maşası, layihəsi olmalarıdır və ermənilərin gözlərini qamaşdıran ilüziyalar indi nəinki köməklərinə çatmır, əksinə, onların əleyhinə belə yönəlib.

Bir sıra qüvvələr erməni xislətindən, düşüncə tərzindən, daha dəqiq desək, qəsbkarlıq, zəbt etmək, özününkləşdirmək, mənimsəmək xüsusiyyətindən məharətlə istifadə ediblər və bu zamana qədər bu bədbəxt toplum, eyni ilə indi olduğu kimi, tarix boyu istifadə olunub atılaraq nəticədə acınacaqlı vəziyyətlə üz-üzə qalıb. “Böyük Ermənistan” kimi ermənilərə göstərilən illüziyalar sonda erməni cəmiyyətini iflasa sürükləyib və hələ də sürükləməkdədir. Artıq imzalanan Şuşa Bəyannaməsi o deməkdir ki, ermənilərin qorxulu və dəhşətli yuxuları çin oldu və erməni cəmiyyəti çətin ki, bu qorxunun təsirindən çıxa bilsin.

Ermənistan mətbuatı Yunan mediasına istinadən yazır ki, Ərdoğan Cənubi Qafqazı Rusiyanın təsirindən çıxarmaq üçün NATO-dan dəstək tələb edəcək və Rusiya təhdidindən qorxu səbəbindən dəstək mütləq olacaq. Erməni cəmiyyəti bunu, hələ də lazımi əhəmiyyət verilməyən çox vacib bir məqam hesab edir. Hesab edir ki, bütün bunların fonunda Ermənistan bir dövlət olaraq mövcud və əvvəlki hökumət arasındakı qarşıdurmaya girmək məcburiyyətində qalıb və bu ümumilikdə ermənilər üçün çox təhlükəlidir. Bütün erməni cəmiyyəti düşünür ki, həqiqətən də, imzalanan Şuşa Bəyannaməsi, Ermənistanın milli təhlükəsizliyini və dövlətinin mövcudluğunu təhdid edən böyük problemlərdir və təhlükələrlə üzləşəcəkləri qaçılmazdır. Onlar öz aralarında bunun əksini iddia edənləri yalançı və ya axmaq adlandırırlar. Xəyallarla, illüziyalarla yaşamağın, mövcud olmağın sonu çatdığı qənaətində olanlar ermənilər arasında artıq əksəriyyət təşkil etməyə başlayıb. Çünki, reallıqlar göz qabağındadır və bundan sonra ermənilərə xəyal, illüziya sırımaq çətin ki, mümkün ola.

Ermənilər hesab edirlər ki, nəhayət Rusiyanı Cənubi Qafqaz bölgəsindən sıxışdırmaq prosesi artıq başlayıb. Onlar zənn edirlər ki, baş verənlərdə məqsəd Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxarmaqdır və hesab edirlər ki, belə olması da öz növbəsində Ermənistanın sonu denəkdir. Çünki, rusların dəstəyi olmadan ermənilərin mövcudluğu həmişə olduğu kimi yenə də sual altında olmalıdır. Baxmayaraq ki, indi Qərb istiqamətinə əyilən ermənilər ruslardan, Rusiyadan üz döndəriblər, çətinə düşəndə onların ayaqları altına sərilməyə də hazırdırlar, təki bölgədə rus qalsın deyə.

Əslində, ermənilərin kürkünə birə düşməsi, yuxularının ərşə çəkilməsi, özlərinin də dediyi kimi, qorxulu və dəhşətli yuxularının çin olması təlaşları da əsassız deyil. Bu hiyləgər toplum yaxşı bilir ki, Şuşa Bəyannaməsi ilə onların bütün iyrənc, çirin niyyətlərinə, işğalçılıq, terrorçuluq arzularına belə son qoyuldu. Artıq bir erməni yuxusunda belə cəsarət edib Qarabağı görə bilməyəcək, əksinə, Qarabağ xəyalına düşən erməni yuxularını da qarışdıracaq.

Rusların hazırda müşahidəçi mövqe nümayiş etdirməsi erməniləri təbii ki, əlavə olaraq bir az da qıcıqlandırır. Əslində, rusların müşahidəçi mövqe nümayiş etdirmədiyini, mövcud reallıqlarla barışdığını anlamaq, anlasa da qəbul etmək istəməyən ermənilər yenə də döğrunun, həqiqətin gözünə dik baxmağa qorxurlar. Çünki, bu həqiqətlər onların yuxularını ərşə çəkən həqiqətlər, görmək, qəbul etmək, hətta inanmaq belə istəmədikləri reallıqlardır.

İndi ermənilər seçki günü və ondan dərhal sonra Putinin əmri ilə həqiqi bir qırğının təşkil ediləcəyindən də qorxurlar. Qorxurlar ki, Qərbin qarşıya qoyduğu hədəfinə çatması yönündə vasitə hesab etdiyi Paşinyanı, Qərbin layihəsini sıradan çıxarmaq üçün Rusiya, tərəfləri qarşı-qarşıya qoya bilər. Yəni, ermənilər baş nazir postuna namizəd olan eks-prezident Robert Koçaryanın da Rusiya layihəsi olduğundan qorxurlar və məhz qarşıdurma da bu baxımdan istisna edilmir. Bəlkə də erməni cəmiyyəti qarşıdurmalara artıq hazırdır. Əbəs yerə deyil ki, hakimiyyət, səlahiyyətlilər bu barədə fikir də bildirirlər, halbuki, bu, məhz haklimiyyət üçün yolverilməzdir.

Son nitqlərinə fikir verdikdə görürük ki, Robert Koçaryan özü də pafoslu, sanki, odlu-alovlu çıxışlarından yumşaq tərzə keçib və bir çox məğlubiyyət etirafları edir. Eyni zamanda, Köçəryan baş verənlərin mahiyyətini və reallıqlar çərçivəsində hərəkət etmək məburiyyətində olduqlarını mükəmməl şəkildə başa düşür. O, Qərbin planlarını da dərk edir. Putinin bütün məsələlərdə Azərbaycanın, Türkiyənin haqlı mövqeyini etiraf etməyə demək olar ki, hazır olduğunu da bilir. Ermənistanın çoxdan bu oyunun oyunçusu olmadığını, oyuncağı olduğunu başa düşür Robert Koçaryan. Həm də o artıq sırf şəxsi məsələləri, məsələn, qisas almaq məqsədi ilə Paşinyana qarşı çıxış edir və çox güman ki, ən yaxın zamanda buna nail olacaq. Koçaryan özü də etiraf edir ki, indi artıq ermənilərin ən pis yuxusunun, ən qorxulu yuxusunun reallığa çevrildiyi, çin olduğu həqiqəti ilə yaşamalıdırlar. O, etiraf edir ki, müqavimət belə göstərmək artıq mənasızdır. Qəbul edir ki, artıq ermənilər üçün hər şeyə qərar verilib.

Bəli, Şuşa Bəyannaməsi erməni cəmiyyətinin bütün çirkin niyyətlərinin qarşısına sədd oldu ki, bunu ermənilər özləri çox yaxşı dərk edirlər. Dərk edərək də etiraf edirlər ki, onların qorxulu yuxuları çin oldu. Belə məlumdur ki, Azərbaycanın Türkiyə ilə müttəfiqliyi ermənilər üçün hər zaman qorxulu, dəhşətli yuxu olub və bu müttəfiqlik barədə Şuşa Bəyannaməsinin imzalanması ermənilərin qorxulu, dəhşətli və vahiməli yuxularının çin olması, gerçəkləşməsi deməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə