Ərdoğan Putinlə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

SİA-nın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyə prezidenti bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı Rusiya tərəfinin gecikdirmə niyyətinin olduğunu düşünmür: "Tam əksinə Rusiya bu məsələdə kömək etmək niyyətində olduğu görünür. Yaxın zamanda ikili görüş keçirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə