“Siyasətdə söyüş söymək təqdir olunacaq bir şey deyil. Bu tendensiyalardan əl çəkilməlidir. Çünki bu, heç kəsə baş ucalığı gətirmir. Kimlərinsə bu məsələdən ortaq mövqedən çıxış etməsi də müttəfiqlik sayıla bilməz”. Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib. Onun sözlərinə görə, siyasi müstəvidə, əxlaqi çərçivədə söyüş yolverilməzdir: “Siyasi mübarizə isə söyüşü ümumiyyətlə qəbul etmir. Çünki bu, bütövlükdə cəmiyyətin həyatına təsir göstərir”.
“Xaricdə oturub Azərbaycanın Qarabağdakı qələbəsinə, ölkədəki sosial iqtisadi uğurlara kölgə salan açıqlamalar vermək nə dərəcədə azərbaycanlıya baş ucalığı gətirə bilər” sualına cavab olaraq M.Rəhimli bildirdi ki, ümumiyyətlə, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı ölkənin milli-mənəvi dəyərlərini və maraqlarını qorumağa çalışmalıdır: “Bir növ vətənpərvərlik nümayiş etdirməlidir. Düşünmürəm ki, azərbaycanlılar istənilən bir situasiyada ölkəmizin və dövlətimizin milli maraqlarını sarsıtmaq kimi bir hala yol versinlər. Amma azərbaycanlıların buna tərbiyələri və əxlaqı imkan vermir. Çünki bizim milli-mənəvi dəyərlərimiz azərbaycanlıları satqınlıqdan uzaq saxlayır. Təbii ki, sataraq irəliləmək, vəzifədə yüksəlmək, kimlərəsə yaltaqlanmaq, bu, Qafqaz xalqları arasında ermənilərə məxsus bir şeydir. Amma düşünürəm ki, Azərbaycanın milli mənafeləri baxımından hansısa bir tənqidi fikirlər səsləndirilir, buna normal yanaşmaq olar. Amma heç bir halda dövlətçiliyimizə zərər vuran hərəkətlərə yol verilməməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB