“Milli Şura”da söz sahibi kimdir? - PARTİYA SƏDRİ AÇIQLADI

“Milli Şura”da söz sahibi kimdir? - PARTİYA SƏDRİ AÇIQLADI

“AXCP sədri Əli Kərimlinin cəbhədəki uğurlarımıza kölgə salması təəssüf doğuran bir haldır. Həmişə qeyd etmişəm ki, iqtidara müxalifətdə olmaq olar, əgər söhbət milli və dövlət maraqlarından gedirsə, onda müxalifətdə olmaq olmaz. Yəni, bu siyasətçiyə yaraşan hal deyil. Bir sözlə, bu halın baş verməsinə təəssüf edirəm”. Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, biz kimlərlə qonşu olduğumuzu unutmamalıyıq. Şimaldan Rusiya, cənubda İran və onların üzdə nə deməklərinə baxmayaraq, əslində hansı məkrli siyasət yeritdiklərini nəzərə almaq lazımdır.

“Milli Şura”nın AXCP-nin bir filialı olduğunu demək olarmı” sualına cavab olaraq, T.Qənioğlu bildirdi ki, Cəmil Həsənli “Milli Şura”nın formal sədridir: “İndi hər kəs bilir ki, ona istiqamət verən, “siyasətini” müəyyənləşdirən AXCP-dir. Yəni, onun da müxtəlif şəxsi mənafeləri var. Hansı məqamda irəli çıxmaq lazımdısa onda irəli çıxacaq. Hələlik bütün tənqidlər C. Həsənliyə yönəlir. Müəyyən bir situasiya yetişəndə Ə. Kərimli önə çıxıb şuranın sədri olacaq, buna heç kəs şübhə etməsin. Bir sözlə, “Milli Şura”da əsas söz sahibi Əli Kərimlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə