Yaxud, şərəfsiz olduğunu etiraf edən Məhəmməd Mirzəlidən başqa nə gözləmək olardı?
Yadınızdadırsa, bir neçə il əvvəl Avropada “siyasi mühacir” adı altında yaşayan və bu “mövqeyin” bilavasitə düşmənlərimizlə bölüşən Məhəmməd Mirzəli sosial şəbəkə vasitəsi ilə canlı yayıma çıxmaqla arvadının tez-tez ona “şərəfsiz” deyə xitab etdiyini bildirmişdi. Üstəlik, o, bu xitabdan heç də narahat olmadığını, “şərəfsiz” ifadəsindən xoşlandığını da demişdi. Məhz onun bu etirafından sonra onu tanıyanların bir çoxu Məhəmməd Mirzəli adı və soyadının önünə “şərəfsiz” ifadəsini də əlavə etməyə başladılar –hərgah onun özü də bu ayamanı çox sevir...
Ermənistanın televiziyasına çıxmasına şəraiti ancaq o ölkənin xüsusi xidmət orqanları yarada bilər
Ümumiyyətlə, bu adı xoşluqla boynuna alandan millət, vətən, dövlət sevgisini gözləmək sadəcə sərsəmlik olardı. Görünür, nəinki şərəfsizliyi, eləcə də digər layiq olduğu ağır ifadələri haqq edən Məhəmməd Mirzəli bu səbəbdən düşmənlərimizin maraqlarına işlədiyini açıq-aşkar etiraf edib. Daha dəqiq desək, o sosial şəbəkə səhifəsində Ermənistan televiziyasına müsahibə verdiyini, Azərbaycana qarşı ermənilər qədər düşmən kəsildiyini etiraf edib. Bu gün Məhəmməd Mirzəlinin separatçı və düşmən Əlikram Hümbətovdan qətiyyən fərqi yoxdur. Çünki Əlikram da Ermənistanın xüsusi xidmət orqanlarına işlədiyini etiraf edib, erməni çörəyi yediyini öz mənfur əməlləri ilə isbatlayıb.
Beləliklə, Məhəmməd Mirzəli də erməni tv-lərinə müsahibə verdiyini deməklə, əslində, özü ilə yanaşı, Avropadakı Qabil, Orxan, Manaf, Elşad, İmaməddin kimi blogerlərin, eləcə də AXCP-nin və “Milli Şura”nın da Ermənistanın maraqlarına xidmət etdiklərini açıq şəkildə etiraf etmiş olub.
Ancaq daha bir fakt budur ki, bir azərbaycanlının Azərbaycan dövləti və xalqı əleyhinə danışmaq üçün düşmən Ermənistanın televiziyasına çıxmasına şəraiti ancaq o ölkənin xüsusi xidmət orqanları yarada bilər.
Məhəmməd Mirzəliyə düşmənlə işbirliyi qurmasına Əli Kərimli xeyir-dua veribmiş!
Yəni Məhəmməd Mirzəli artıq bu gün azərbaycanlı hesab oluna bilməz, o erməni adını daşımağa layiq olan bir ünsürdür, məxluqdur. Ancaq burada daha bir məsələ də var. Sirr deyil ki, İstər Məhəmməd olsun, istərsə də digər onun kimiləri – onların hər biri əsas xeyir-duanı AXCP sədri Əli Kərimlidən alırlar və əbəs deyil ki, bütün bu kimi oyunbazlıqlarını, şərəfsizliklərini icra etmək üçün ona Fransaya qaçmaq arayışını məhz Əli Kərimli öz imzası ilə verib. Necə deyərlər, bir deyillər, iki deyillər, ancaq fakt danılmazdır – bu gün ölkəsinə qarşı çıxan istənilən şəxs bilavasitə şərəfsiz adını daşımağa on min dəfə layiqdir, şərəfsizin isə alnında etiketi olmur, onu Məhəmməd Mirzəlinin timsalında ayırd etmək isə çox rahatdır.
Rövşən RƏSULOV
P.S. Yeri gəlmişkən, üstəlik CNN-ə də çıxacağını, əlavə olaraq isə Avropa Parlamentində (?) də çıxış üçün söz haqqı aldığını deyən bu bişərəf hələ də anlamır ki, onun ağzından çıxan hər bir kəlmə və ifadə əslində, insan danışığı deyil, bir it hürməsidir, elə isə ürəyi nə qədər istəyirsə hürsün, hətta gecələr də yatmayıb ulasın...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB