"Ermənilər ağıllarını başlarına yığmasalar..." EKSPERTİN SƏRT TƏPKİSİ

"Ermənilər ağıllarını başlarına yığmasalar..." EKSPERTİN SƏRT TƏPKİSİ

"Baş verən son erməni təxribatları bir daha onu göstərir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi 44 günlük müharibədə məğlub olduqlarını qəbul etməyə heç də tələsmir, həm də onlar gələcəkdə sülh və mehribançılıq şəraitində Azərbaycan ilə birlikdə yaşamaq niyyətində deyillər". Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert xatırladıb ki, işğal olunan ərazilərdə 30 il ərzində basdırılan minaların xəritəsini Azərbaycana vermək əvəzinə növbəti dəfə ermənilərin kəşfiyyat diversiya qrupunun Azərbaycanın təminat yollarında Azərbaycan Ordusunun təminat yollarını minalamaq məqsədi əvvəl olduğu kimi, bu dəfə də uğursuzluğa düçar olub.

“Xatırladıram ki, Azərbaycan Ordusu Ermənistan tərəfindən törədilə biləcək bütün növ təxribatların qarşısını almaq üçün bütün güc və potensiala malikdir. Əgər gələcəkdə də Ermənistan tərəfi ağlını başına yığmayıb bu tip addımlara imza atarsa, o zaman nəticə onlar üçün daha ağır, daha sarsıdıcı və daha ağrılı-acılı olacaq. Odur ki, burada seçim Ermənistan tərəfinindir. Əgər dəmir yumruğun onların başına növbəti dəfə endirilməsini arzu etmirlərsə, bu kimi addımlardan geri çəkilməli, imzalanan üçtərəfli birgə bəyənatların tələblərini sözsüz və qeyri-şərtsiz yerinə yetirməlidirlər”-deyə, Ədalət Verdiyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə