Nikolun axmaqlıqları: Moskva və KTMT hər şeyi müşahidə edir İSTİ-İSTİ
Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan, deyəsən, aşırı emosiyaları və anlaşılmaz fəaliyyəti ilə son vaxtlar özünənəzarət mexanizmini tamamilə itirib. Belə ki, sərhəddə baş verən məlum insident isə göstərir ki, o zamanında, yəni 44 günlük müharibədən sonra yenidən danışıqlar masasına əyləşəydi bu hadisə də yaşanmazdı, hansı ki, cərəyan edən son hadisələr fonunda o hakimiyyətini saxlamaq üçün rıçaqlar axtarışına başlayıb.
Özünü dövlət başçısı hesab edən kəs öz imzasına hörmət qoya bilmirsə, demək onun heç bir vədinə inanmaq, etibar etmək olmaz!
Maraqlıdır ki, Paşinyan proseslərin yoluna qoyulmasına çalışmaq yerinə, ilk əvvəl 9/10 noyabr üçtərəfli bəyanatda atdığı imzasına belə hörmətsizlik göstərdiyini açıq-aydın büruzə edir. Belə olan məqamda isə yalnız bir amil ortaya çıxır: özünü dövlət başçısı hesab edən kəs öz imzasına hörmət qoya bilmirsə, demək onun heç bir vədinə inanmaq, etibar etmək olmaz!
Baxın, indi bu adam uzun illər forpostluq etdiyi, hesabına yaşadığı Moskvanı belə sırf erməni xislətinə xas olan ənənə sayəsində şantaj edir, özü də sərhədlərimizlə yanaşı, Qarabağda sabotaj xarakterli hadisələr törətməklə, yaxud onlara göz yummaqla. Bu ad azamış kimi, ölkəsinin üzvü olduğu KTMT-yə qarşı iradlar səsləndirən Nikol unudur ki, bugünün özündə Ermənistanın təhlükəsizlik qarantı məhz Moskvanın nəzarətində olan bu qurum vasitəsi ilə təmin edilməkdədir. Amma KTMT, yaxud Moskva da sadəlöhv deyil və orarada yaxşı bilirlər ki, təxribatları, sabotajları kimlər törədirlər.
Ermənistanın kapitulyant rəhbəri get-gedə mövcud reallıqlar qarşısında ağlını itirir və bu, göz qarşısındadır
Başqa tərəfdən, rəsmi Bakının ciddi, məntiqli, diplomatik və müdrik qərarları, addımları da bu məsələdə öz sözünü deməkdədir. O cümlədən, Bakı siyasi prizmasını elə istiqamətdə təqdim edir ki, artıq həmin faktor qalibin şərtlərinin qəbul olunacağı gerçəkliyini ortaya qoyur. Beləliklə, məğlub Ermənistanın kapitulyant rəhbəri get-gedə mövcud reallıqlar qarşısında ağlını itirir və bu, göz qarşısındadır. Sərhəd bölgəsində təxribat-diversiya aksiyasının qarşısının alınmasından və 6 nəfər terrorçunun ələ keçirilməsindən sonra Nikol Paşinyanın guya diversant-terrorçuların “mühəndis işləri” apardıqlarını iddia etməsi də gülüncdür. Gecə saat 03:00 radələrində dağlıq bir ərazidə mühəndis işlərinin aparılması ümumiyyətlə, ağlasığmaz bir iddiadır və bu iddianı yalnız axmaq adamlar səsləndirə bilərlər.
Təbii ki, Rusiya, eləcə də KTMT bütün baş verənləri müşahidə edirlər və nəticə etibarı ilə görürlər ki, bu məsələlərdə Azərbaycanın heç bir günahı, ya da digər cəhdləri yoxdur, cəhdlər məhz Ermənistan tərəfindən edilir. Özü də Nikol Paşinyanın sərsəm iddiaları fonunda!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB