BNA Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilir? - BNA RƏSMİSİ AÇIQLADI
Son günlər sosial şəbəkələrdə, mətbuat orqanlarında Bakı Nəqliyyat Agentliyinin (BNA) müstəqil qurum kimi ləğvi prosesi gündəmə gətirilib. Məlumatda qeyd olunub ki, BNA Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdiriləcək.
SİA olaraq məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun Mətbuat katibi Mais Ağayev açıqlamasında bunları deyib: “Bu sualın bizə bizə ünvanlanması doğru deyil və qeyri-peşəkarlıqdır. Hansı qurumun ləğv olunması və ya birləşdirilməsi cənab Prezidentin səlahiyyətinə aid məsələdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB