"Bu Rusiya üçün real görünmür" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Bu Rusiya üçün real görünmür" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Ümumiyyətlə, orduda robotlardan istifadə olunması və hərbi sənayedə robotlaşdırılmış texnologiyaların istehsalı ilə bağlı proseslər 100 ildən artıqdır başlayıb. Hətta, İkinci dünya müharibəsində Almaniya zirehli maşınların distant idarə edilməsi layihəsinə başlamışdı. Lakin, müharibədə məğlub olduqdan sonra onlar bu işi davam etdirə bilmədilər. Sonralar isə ABŞ və SSRİ robotlaşdırılmış hərbi qurğuların istehsalını həyata keçirməyə başladılar”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, ümumiyyətlə robot əsgərlərin yaradılması prosesi, yəni Rusiyanın elmi texnologiyasının imkanı çərçivəsində deyil. Onlar zirehli maşınların, modulların, atıcı silahların robotlaşdırılmış formada istehsalını həyata keçirib layihələndiriblər. Lakin, robot əsgərlərin yaradılması proyektini yaponlar bu istiqamətdə ciddi işlər görür və müəyyən uğurlar da əldə ediblər”.

Ekspert sözlərinə belə davam edib: “Əlbəttə, hərbi texnologiyaların robotlaşdırılması yeni ordu tipinin yaradılmasından xəbər verir. Qarşıda canlı qüvvədən daha az istifadə etməklə, müəyyən uğurlara nail olmaq nəzərdə tutulur. Uzağa getmədən onu qeyd edim ki, Azərbaycan ordusunun Vətən Müharibəsində həyata keçirdiyi əməliyyatlarda robotlaşmış hərbi vasitələrdən istifadə etmişik. Buna misal olaraq, pilotsuz uçuş aparatlarını göstərmək olar. Pilotsuz uçuş aparatları fakt olaraq, adından da göründüyü kimi şəxs olmadan kənardan idarə edilən bir sistemdir. Bu mənada döyüşlərdə daha az itki verməklə nəticəyə nail olmaq dünya hərbi sənayesinin əsas məqsədlərindən biridir. Bu insan amilini qorumaq və insan ölümünün qarşısını almaq üçün həyata keçirilir. Rusiyada döyüşçü robotların istehsalı məsələsi real görünmür. Çünki, bu işlər əsasən rəqəmsal sistemlərin, qeyri-səlis riyazi nəzəriyyələrin inkişaf etdiyi ölkələrdə mümkün ola biləcək işlərdir. Azərbaycana gəldikdə isə, Azərbaycan robotlaşdırılmış hərbi sistemlərin yaradılması prosesində hələlik ciddi uğura nail ola bilməyib. Doğrudur, pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı ortaq layihələr var. Bizdə əsas distand idarə olunan sistemlər, modullar və s. işlər aparılır. Elmi-nəzəri təkliflər olsa da, həmin təkliflərin istehsalata yönəlməsi, yəni istehsal edilməsi prosesi hələ ki yoxdur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə