"Avropa Parlamenti baş verənlərə qeyri-obyektiv mövqe sərgiləyir" POLİTOLOQDAN SƏRT REAKSİYA

"Avropa Parlamenti baş verənlərə qeyri-obyektiv mövqe sərgiləyir" POLİTOLOQDAN SƏRT REAKSİYA

"Azərbaycan regionda qalib bir dövlətdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan haqlı olaraq, BMT-nin qətnaməsini yerinə yetirib: "Avropa Parlamenti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamələr qəbul edib. İndi isə Avropa Parlamenti baş verən proseslər fonunda qeyri-obyektiv mövqe sərgiləyir. Əlbəttə ki, bu da nə Avropa İttifaqının qanunvericiliyinə uyğundur, nə də beynəlxalq hüquqa uyğundur. Görünür ki, burada erməni lobbisinin fransızlarla birlikdə çox ciddi fəaliyyəti var. Avropa İttifaqında belə bir qətnamənin qəbul edilməsi Azərbaycanın mövqeyinə heç bir təsir göstərməyəcək. Çünki Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq, diversantlar ilə normal davranır. Onlar ümumiyyətlə hərbi əsir deyil. Avropa İttiifaqının onları hərbi əsir adlandırması beynəlxalq hüquqa ziddir. Onlar hansı şəraitdə saxlandıqlarını da çox yaxşı bilirlər. Həmin diversantlar Azərbaycan hərbiçilərini və vətəndaşlarını qətlə yetirmişdilər. Bu hadisə müharibədən sonra olan hadisələrdir. Onlar qanunvericiliyə uyğun olaraq, mühakimə olunmalıdırlar".

Politoloq həmçinin qeyd edib ki, Avropa İttifaqının bu mövqeyi çox təəssüf doğurur: "Azərbaycan qəti şəkildə onların hansı mövqedən çıxış etməsinə baxmayaraq, bu məsələlərə kəskin reaksiya verilməlidir. Onların sözü ilə Azərbaycan diversantları buraxmayacaq. Avropa İttifaqı ilə biz artıq müharibədən sonra yeni bir əməkdaşlıqda, yeni konturlar cızmalıyıq. Azərbaycanın bu məsələdə haqlı olduğu halda onlar haqsız cəhətdən bizim üzərimizə gəlirlər. Bununla bağlı ölçü götürülməlidir. Avropa Şurasında olan bizim nümayəndələrimiz sıx şəkildə getməlidirlər. Onların bu siyasəti Azərbaycan və Ermənistan arasındakı indiki prosesə çox ciddi zərbə vurur".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə