Sovet abidələrinin qoruması çağırışı PUTİNDƏN GƏLDİ

Sovet abidələrinin qoruması çağırışı PUTİNDƏN GƏLDİ

Rusiya prezidenti Vladimir Putin, xaricdəki Sovet əsgərlərinin xatirə abidələrinin qorunması, tarixi yaddaşın "vəhşicəsinə" silməyə və məzarları qəzəbləndirməyə çalışanlara müqavimət göstərilməsi üçün sərt və ardıcıl fəaliyyət göstərmək çağırışı edib. SİA Rusiyaya məxsus RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu çağırışı Rusiya prezidenti cümə axşamı günü Qələbə təşkilat komitəsinin iclasında deyib.

"Bu hərbçilərin qəbirləri Qızıl Ordunun qurtuluş missiyasının kədərli və görünən bir xatirəsidir. Təəssüf ki, bəzi ölkələrdə bu xatirəni vəhşicəsinə silməyə, məzarlardan sui-istifadə etməyə, şəhid olanların xatirəsini unutdurmağa çalışırlar, abidələri ləkələyirlər, yıxırlar. Tez-tez yerli sakinlərin özləri də abidələri qorumaq üçün ayağa qalxırlar", deyə Putin iclas zaçamı bildirib.

Xatırladaq ki, indi Rusiya Müdafiə Nazirliyi tərəfindən o dövrdəki 43 866 hərbi məzar qeydiyyata alınıb və bunların 12 mindən çoxunun 56 xarici dövlətin ərazilərində olduğu bəlli olub. Bu qəbirlərdə 4 milyon 150 mindən çox, yəni demək olar ki, Rusiya ərazisindəki qədər əsgər dəfn edilib.

"Burada Rusiyanın xaricdəki diplomatik nümayəndəliklərindən çox şey asılıdır. Onların işçiləri daima Sovet qanunu abidələrinin vəziyyəti və mühafizəsi ilə maraqlanmalı, burada əsaslı şəkildə sərt, ardıcıl və beynəlxalq hüququn gücünə güvənərək hərəkət etməlidirlər", deyə Putin fikirlərini yekunlaşdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə