Qarabağın simvolik şəhəri olan Şuşada "Xarı bülbül" musiqi festivalı - TƏHLİL

Ermənistanın işğalından qurtulan Qarabağın simvolik şəhəri olan Şuşada "Xarı bülbül" musiqi festivalı keçirilməsi bütün dünyaya səs salıb. Festivalın açılışında Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva, habelə Azərbaycan mədəniyyət və incəsənət ictimaiyyətinin görkəmli nümayəndələri iştirak etmişdilər. İlham Əliyev çıxışında Azərbaycan tarixində böyük bir əhəmiyyəti olan bu günü 30 ildir gözlədiklərini, 30 ildir vətən həsrəti ilə yaşadıqlarını və nəhayət torpaqları işğaldan azad etdiklərini söyləyib .

Uzun müddətdən sonra bu il ilk dəfə təşkil olunan "Xarı bülbül" festivalının şəhidlərin xatirəsinə həsr olunduğunu qeyd edən Prezident İlham Əliyev, qəhrəman Azərbaycan əsgərlərinə və xalqına borclu olduqlarını vurğulayıb.

Prezident İlham Əliyev bu gözəl ənənəni canlandırdıqlarını, bundan sonra hər il Şuşada " Xarıbülbül " festivalının təşkil ediləcəyini və Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin bugünkü festivalda səhnəyə çıxacaqlarını söyləyib. İlham Əliyev festivalın Ramazan ərəfəsində keçirilməsinin təsadüf olmadığını, "Biz dini, milli və mənəvi kökləri olan bir millətik. Əks təqdirdə işğala heç vaxt son verə bilməzdik" dedi. İlham Əliyev bayram namazının növbəti gün Yuxarı Gövhərağa Məscidində qılınacağını da qeyd etmişdi

."Qarabağ şikəstəsi" adlı Azərbaycan muğam musiqisinin ifası ilə başlayan festival müxtəlif musiqi qruplarının çıxışları ilə davam edib. Azərbaycan tarixinin və mədəniyyətinin simvollarından biri olan Şuşa, coğrafi mövqeyinə və Dağlıq Qarabağın ən böyük şəhəri Xankəndinə gedən yoluna görə strateji əhəmiyyətə malikdir. 8 may 1992-ci ildə Şuşa erməni qüvvələri tərəfindən işğal edilmişdi. Azərbaycan ordusu isə 8 noyabr 2020-ci ildə Şuşanı azad etmişdir.

Keçirilən tədbir dost ölkələr tərəfindən fərəhlə qarşılanıb. Bəzi dövlətlər isə bu festivalın multikultural çalarlarını müsbət qarşılayıblar. Həmişəki kimi Azərbaycanı hər məqamda tənqid edən kütlələr bu mövzuda da susmadılar. "Xarı bülbül" festivalının dinc erməni əhalisində qıcıq yaratdığını qeyd etdilər. Digər tərəfdən Ali Baş Komandanın birlik, multikulturalizm barədə çıxışları onların tənqidi mövzularını kifayət qədər daraltdı. Onlar həmin insanlardırlar ki, ikinci Qarabağ müharibəsində dövləti dayanması üçün tənqid edir. Bizi qatil adlandırır, hətta Hərbi Qənimətlər parkını terrorizm və militarizm adlandırırdılar. Belə ki, bu insanlar bütün azərbaycanlılara tanınan azad söz hüququnun onlara tanındığı üçün bundan ən mənfi şəkildə istifadə edirdilər.

Azərbaycan dövləti isə öz streotiplərini bu məqamlarda da qorumaqdadır. Bu cür vəziyyətdə xalq da bu cür separatçıların fitvasına getmir. Belə olan halda bu adamların susması yaxın müddətdə gözlənilməsə də bir müddətdən sonra artıq anti-militarizm və humanizm başlıqlarından istifadə edə bilməyəcəkləri mütləqdir. Çünki Azərbaycan dövləti artıq onların danışa biləcək bütün mövzularını həll etməklə əllərindən alıb.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə