Villiam Haque: \"Liviya İraq olmayacaq\"

Villiam Haque: \"Liviya İraq olmayacaq\"

\"Liviya İraqdan çox fərqlidir\". SİA-nın məlumatına görə, bu sözləri İngiltərənin xarici işər naziri Villiam Haque \"BBC\" radiosunda açıqlaması zamanı deyib. O bildirib ki, Qəddafiyə qarşı təşkil olunan hücumların Liviyanı, İraqın vəziyyətinə salacağı fikirləri əsassızdır: \"Liviya lideri Muammər Qəddafiyə qarşı təşkil olunan hücumlar Qərb ölkələrini heç bir qarşıdurmaya sala bilməz. Hələ Liviyanın İraqdakı vəziyyətə yaxınlaşdığını düşünmək, tamamilə yersiz və əsassızdır. Çünki, Liviya ilə İraq arasında kifayət qədər fərq var. İraqda Qərb ölkələrininçox sayda hərbi qüvvəsi yerləşdirilmişdi. Ona görə də, müzakirə olunan vəziyyət Liviyada mövcud deyil və olmayacaq. İngiltərənin Liviyaya hərbi vertolyotlar göndərməsindən də narahat olmağa dəyməz. Çünki, bu cür addımların məqsədi Liviyada NATO-nun hərbi əməliyyatlarının möhkəmləndirilməsinə dəstək verməkdir. Eyni zamanda bu dəstək, BMT Təhlükəsizlik Şurasının qərarı ilə vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə xidmət edir\".

Xatırladaq ki, İngiltərənin müdafiə nazirinin müavini Nik Harvey İngiltərənin Liviyaya hərbi vertolyot göndərməsi mövzusundə bir qərar verilmədiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə