Ulu Öndərin 98-ci ildönümü münasibətilə ekskursiya təşkil olunub FOTOLAR

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı və Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Zərdab rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. SİA-nın verdiyi məlumata görə, ekskursiyada YAP Zərdab rayon təşkilatının və gənclər birliyinin fəal üzvləri iştirak ediblər. Ekskursiya iştirakçıları Mərkəzdə Ümummilli Lider Heydər Əliyevə aid maraqlı faktlar və fəaliyyətinin bütün dövrlərini əhatə edən foto arxiv sənədləri, eləcə də müxtəlif unikal eksponatlarla tanış olublar. Dahi Şəxsiyyət, dünya şöhrətli Siyasətçi Heydər Əliyevin sovet dövründə və müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə müxtəlif dünya ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlərini, 1978-ci ildə Zərdab rayonuna səfərini əks etdirən fotolarla tanışlıq ekskursiya iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda rayon təşkilatının fəal üzvləri mərkəzin əməkdaşları ilə xatirə şəkli çəkdiriblər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə