Ağcabədidə silsilə tədbirlər davam edir FOTOLAR

Ağcabədi rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbirlər davam edir. Növbəti tədbir YAP Ağcabədi rayon təşkilatı və Ağcabədi rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Ağcabədi rayonunun ümumtəhsil məktəblərinin komandaları arasında onlayn qaydada keçirilən intellektual oyun müsabiqəsi olub.Müsabiqəni YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb. O, ölkədə həyata keçirilən iqtisadi islahatlar, gənclər və idman siyasətinə diqqət yetirərək, bu sahədə reallaşan tədbirlərin əhəmiyyətini qeyd edib. 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində qazanılan Şanlı Qələbəyə diqqəti yönəldən N.Bünyatov qeyd edib ki, Azərbaycan Ordusunun gücü və Ali Baş Komandannın siyasi iradəsi və qətiyyəti ilə xalqımız bu qələbə sevincini yaşadı.

Müsabiqə iştirakçıları tərəfindən Azərbaycan tarixi və dövlətçiliyi, ölkə həyatında mühüm əhəmiyyət daşıyan hadisələr barədə ünvanlanan suallar cavablanırılıb.Sonra gərgin keçən müsabiqədə qaliblər müəyyən edilib.Müsabiqədə Ağcabədi şəhər 4 saylı tam orta məktəbin komandası I yerə, Ağcabədi şəhər 2 saylı tam orta məktəbin komandası II yerə, Hacıbədəlli kənd tam orta məktəbin və Qaravəlli kənd tam orta məktəbin komandaları III yerə çıxıbdır. Müsabiqənin qalibləri YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...