9 May "Qələbə Günü" artıq Azərbaycanda daha böyük coşqu ilə qeyd ediləcək - Baş Redaktorun MÖVQEYİ
“9 May əhəmiyyətli və faşizm üzərində dünyanın bütün mütərəqqi və tərəqqipərvər qüvvələrinin qələbəsini simvollaşdıran bir gündür. Bu qələbənin əldə olunması naminə 100 milyonlarla insanın qanı tökülüb, o cümlədən bu qələbədə Azərbaycan xalqının çox şərəfli və ləyaqətli payı var. Baxmayaraq ki, Azərbaycan xalqının böyük payı olduğu bu qələbəyə bəzən haram qatmaq fikrində olan qüvvələr meydana çıxır. Hətta, bəzən həmin mənfurlar öz çirkin niyyətlərinə nail də ola bilirdilər. Bugünkü Ermənistanın faşist qüvvələri 9 mayın mütərəqqi bir qələbə tarixinə çevrilməsində öz həyatını qurban vermiş 100 milyonlarla insanın əziz ruhuna hörmətsizlik edərək faşistlərə satılmışların xatirəsini əbədiləşdirməklə məşğul olur və Ermənistan özü də faşistpərəst bir siyasət aparır”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu günün Azərbaycan xalqı üçün qələbə kimi qeyd olunması əvvəlki ildönümlərdən müəyyən qədər fərqlidir: “Əvvəllər bu bayramın qeyd olunduğu günlər xalqımızın yaşadığı ovqat nöqteyi nəzərdən böyük fərq vardı. Azərbaycan xalqı 1945-ci ildən indiyə qədər bu günü bayram kimi qeyd edib, bu mübaribədə can qoymuş oğulların, qazilərin xatirəsini və hörmətini saxlayıb. Ancaq son 30 ildə Azərbaycan torpaqlarının erməni işğalı altında olması və xüsusilə may ayının 8-nin xatirəmizdə bir nisgil kimi qalması xalqımıza 9 mayı geniş və ürəkdən qeyd etməyə imkan vermirdi. Bu cəhətdən bu il 9 mayın qeyd olunması Azərbaycan xalqı üçün həm də mühit olaraq çox yaxşı şəraitdə baş verir”.
A.Quliyev vurğulayıb ki, artıq 8 may bizim üçün nisgil tarixi deyil, çünki Şuşanın işğalını göstərən 8 may tarixinin üzərindən 44 hündə qara bir xətt çəkdik: “Azərbaycan xalqı bundan sonar 8 Noyabr tarixini böyük bir qələbə tarixi kimi qeyd edəcək. Bu cəhətdən mayın 9-nu Azərbaycan xalqı yüksək səviyyədə qeyd etməyə mənəvi haqqı olan bir xalqdır. Erməni faşizmi üzərində qələbədən sonra artıq bu bayramın növbəti dəfə qeyd edilməsi öz əhəmiyyətinə görə diqqəti cəlb edir. Azərbaycan xalqı üçün 2021-ci il 9 mayının qələbə günü qeyd olunmasının başqa bir məzmunu var. Bu məzmun ondan ibarətdir ki, bizim xalqımız, ata-babalarımız əsil hitlerçi faşistlər üzərində qələbə qazandığı kimi, Azərbaycan xalqı bu günlərdə də erməni faşizmi üzərində çaldığı qələbənin böyük ruh yüksəkliyi içərisində yaşayır və 9 may Qələbə Gününü qeyd etməyə hazırlaşır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB