“Cənab Prezident İlham Əliyev bölgəyə səfəri zamanı bir neçə istiqamətdə və bir neçə hədəflərə ünvanlanan çox dəqiq, konkret və Azərbaycan dövlətinin sərt mövqeyini özündə əks etdirən fikirlər səsləndirdi”. Bu sözləri SİA-ya açıqlanmasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, bu qədər özbaşınalıqlar, qanunsuzluqlar edən ermənilər Azərbaycanın işğal altında saxladığı ərazilərində vandal hərəkətləri törədiblər: "Bütün yaşayış məskənlərini, bütün tarixi, mədəni, milli, dini abidələrimiz yerlə yeksan edilib. Bütün dini abidələrimiz təhqir edilib. Orada donuz və heyvanlar saxlayıblar. Tək dini abidələrimizə qarşı deyil. Azərbaycan tarixinin çox mühüm bir hissəs olan alban və xristian kilsələrinə qarşı da həmin vandal hərəkətlər törədilib. Cənab Prezident sonuncu səfərində işlətdiyi fikirləri ilə qonşu dövlətlərdə xüsusilə Rusiyada və İranda mövcud olan separatçı qüvvələri və cinayətkar Ermənistan rejiminə dəstək verən müəyyən dairələrə, eyni zamanda Qərbi Avropa ölkələrində, Amerikada fəaliyyət göstərən və Ermənistana onların cinayətkar fəaliyyətlərinə dəstək verən dayaq göstərən qüvvələrə və rəsmilərə münasibətini, mövqeyini bildirmiş oldu. Eyni zamanda cənab Prezident səfər zamanı səsləndirdiyi fikirlərdə Ermənistan cəmiyyətinə, separatçı qüvvələrə və erməni cinayətkarlığına havadarlıq edənlərə həmin ünvanlara bir daha mesajı çatdırmış oldu ki, Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycanın sərhəd toxunumazlığına, dövlət suverenliyinə istənilən növbəti cəhd Azərbaycanın növbəti sərt reaksiyası ilə qarşılaşacaqlar. Artıq növbəti güzəşt mövcud deyil”.
Politoloq həmçinin qeyd edib ki, bundan sonra istənilən qanunazidd hərəkəti Azərbaycan sərt bir şəkildə qanunlar çərçivəsində və Azərbaycan ordusunun gücü ilə cəzalandırılacaqdır. “Düşünürəm ki, bu mesajlardan erməni cəmiyyəti, Ermənistan rəhbərliyi, siyasi elitası, Qarabağda mövcud olan seperatçı qüvvələr, həm də onlara həm Ermənistandakı cinayətkarlara və separatçı qüvvələrə dəstək verən onların havadarları İranda, Rusiyada, Qərbi Avropa paytaxtlarında və Amerikada mövcud olan erməni havadarları nəticə çxartmalı və bilməlidir ki, növbəti dəfə onlara güzəşt olunmayacaq və Azərbaycanın sərt reaksiyası ilə qarşılaşacaqlar”.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB