Suriyada 2 maydan əvvəl törədilən cinayətlərə görə ümumi əfv fərmanı Suriya prezidenti Bəşər Əsəd tərəfindən imzalanıb. SİA xəbər verir ki, bu barədə bazar günü suriyalı siyasətçinin mətbuat xidmətindən məlumat yayılıb.
Məlumata görə, fərmana əsasən, rüşvət, rəsmi sənədlərin saxtalaşdırılması, narkotik maddələrin satışı ilə əlaqədar məhkumlar, habelə yetkinlik yaşına çatmayan məhkumlar amnistiyaya düşürlər. Üstəlik, bəzi hallarda cəzanın yüngülləşdirilməsi də nəzərdə tutulur. Beləliklə, ölüm hökmü ömürlük ağır əməklə əvəzlənəcəkdir. Ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərin isə məhkumluq müddəti 20 ilə endiriləcək.
Amnistiyanın vətəndaşların ölümü ilə nəticələnən silah qaçaqmalçılığı, vətənə xəyanət, casusluq və terrorizm ittihamı ilə mühakimə olunanlara təsir etməyəcəyi də bildirilir. Fərmana görə, ədalətdən gizlənənlər, hakimiyyət orqanlarına təslim olduqları təqdirdə əfv üçün müraciət edə bilərlər.
Xatırladaq ki, mart ayında Suriya prezidenti hərbi xidmətdən qaçanlar üçün əfv fərmanı imzalamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB