"Prezident hər səfərində yeni mesajlar verir" HƏRBİ EKSPERT AÇIQLADI
“Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara - Zəngilana, Cəbrayıla və digər torpaqlara Ağdama səfər etməsi, Füzulidə aireportun əsasının qoyulmasının böyük əhəmiyyəti var”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
E.Həsənli vurğulayıb ki, azərbaycanlılar daim bu ərazilərdə yaşayıb və bundan sonra da yaşayacaq: “Qısa müddətdə torpaqlarımızı Ordumuz və Ali Baş Komandan işğaldan azad edib. Cənab Prezident İlham Əliyevin Qarabağa səfərləri zamanı dünyaya böyük mesajlar verir ki, Qarabağ Azərbaycanındır. Qarabağda qısa müddətdə böyük işlər görülüb: minaların təmizlənməsi, quruculuq işlərinin aparılması, Zəngilana yolun çəkilməsi və s. Gələcək günlərdə bu yolun əhəmiyyətini daha yaxşı dərk edəcəyik. Zəngilan yolu gələcəkdə Zəngəzurdan keçib Naxçıvana gedərək türk dünyasını Azərbaycana birləşdirəcək və körpü rolu oynayacaq. Kəlbəcərə Ağdama da yolların, suyun çəkilməsi bu işlərlə paralel minaların təmizləməsi cənab Prezidentin böyük uğurunun göstəricisidir”.
Xatırladaq ki, aprelin 26-sı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Cəbrayıla və Zəngilana səfəri baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB