ABŞ prezidentinin “erməni soyqırımı” ifadəsinə münasibət Kremldən gəldi
“Erməni soyqırımı”ifadəsinin ABŞ prezidenti tərəfindən işlədilməsi bu ölkənin daxili məsələsidir. SİA RİA-Novostiyə istinadən xəbər verir ki, bu sözləri bazar ertəsi jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Bu, ABŞ-ın daxili işidir", deyə Dmitri Peskov bildirib.
Xatırladaq ki, ermənilər tərəfindən uydurulmuş saxtakarlıqla bağlı ABŞ-ın 46-cı prezidenti Co Bayden “erməni soyqırımı” ifadəsi işlədib. Diqqətə çatdıraq ki, ABŞ prezidentinin bu addımı heç də birmənalı qarşılanmayıb, ələlxüsus Türkiyə və Azərbaycanda narazılıqla qarşılanıb. Görünür, Rusiya tərəfi də ABŞ prezidentinin bu addımına razılıq ifadə etmək niyyətində deyil və "Bu, ABŞ-ın daxili işidir", deyən Dmitri Peskov heç də ABŞ prezidenti ilə eyni fikirdə olmadıqlarını təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB