Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdan gələn növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı vəzifəsindən istefa verdiyini bildirib. SİA xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində xalqa videomüraciətində deyib.
"İyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bu gün istefa verirəm", - o deyib.
Qeyd edək ki, Paşinyan istefa versə də parlament seçkilərinin nəticələri məlum olana qədər baş nazir vəzifəsini icra edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB