İşğaldan azad olunmuş ərazilərə politoloqların səfərinin təşkili vacibdir - MÖVQE ÖZƏL
“İşğal olunmuş ərazilərə müxtəlif peşə sahiblərinin səfəri təşkil edilir. Bu, çox müsbət addımdır. Jurnalistlər, mədəniyyət işçiləri və digər sahədə çalışanların səfərlərinin təşkili düşmən işğalından azad edilən ərazilərdə vandalizmi əyani görürlər”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin də səfərlərini təşkil edilir: “Belə səfərlər təbii ki, vacibdir. Amma və lakin hər gün mətbuatda, televiziya efirlərində Ermənistanın işğalı, Azərbaycanın bu sahədə apardığı siyasəti təhlil və şərh edən, açıqlamalar verən, ictimaiyyəti daha dolğun təhlillərlə maarfləndirən politoqlar, siyasi ekspertlər yada düşmür. Axı, vətən muharibəsində və ondan əvvəlki illərdə hər gün politoloq və siyasi ekspertlər Ermənistan haqqında, Azərbaycanın bu istiqamətdə siyasətini diqqətdə saxlayıblar. İnformasiya müharibəsində fəal olublar. Qarabağ mövzusu bizim üçün daim prioritet olub”.
M.Əsədullazadə vurğulayıb ki, siyasi ekspertlər də gedib işğal olunmuş ərazilərdə erməni vəhşiliyini görmək, müşahidələr aparıb bu mövzuda daha ətraflı və akademik səviyyədə çıxışlar edə bilər, məqalələr yazarlar: “Bu baxımdan sözün düzü təşkilatçıların kimliyini bilməsəm də politoloqları və siyasi ekspertləri görməzlikdən gəlmək məndə təssüf hissi doğurur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB