Gənclərə tariximizi təbliğ etməliyik ki... - ŞƏRH ÖZƏL

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Hərbi Qənimətlər parkındakı çıxışında çox önəmli mesajlar verildi. Həm 44 günlük müharibə zamanı dünyanın aparıcı media orqanlarına müsahibəsi zamanı, həm də müharibədən sonra xarici media orqanlarına, eləcə də yerli KİV-lərə 4 dildə 4 saatlıq müsahibə zamanı da bir sıra önəmli məsələlərə diqqət ayrıldı. Hərbi Qənimətlər parkının açılışı ilə bağlı 10 noyabr tarixində imzalanmış 3 tərəfli bəyanatdan sonra müvafiq göstərişlər verildi. Çünki 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfi işğal edilən ərazilərdə möhkəmlənir, mühəndis istehkam qurğuları formalaşdırılır, dərin müdafiə sədləri qurulurdu”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas HÜseynov deyib.

Ekspert bildirib ki, həmin sədləri müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz qəhrəmanlıqla dəf etdi: “Hərbi Qənimətlər parkında düşmənin ağır texnikası ilə yanaşı düşməndən götürülmüş hərbi sursatlar, eləcə də digər hərbi avadanlıqlar nümayiş olunur. Həmçinin parkda düşmənin müdafiə sədləri də nümayiş etdirilir. Ermənistan tərəfi öz ordusu haqqında miflər formalaşdırmağa illərlə cəhdlər edib. Azərbaycan ordusu həm Aprel döyüşlərində, həm uğurlu Naxçıvan əməliyatında, həm də 2020-ci ilin payızında 44 günlük müharibə dövründə bu ordu haqqında gəzən uydurma şayiələrin sadəcə olaraq mif olduğunu nümayiş etdirdi. Qəhrəman əsgərlərimiz Seyran Ohanyan tərəfindən qurulmuş müdafiə səddini darmadağın etdi və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi”.

İ.Hüseynov vurğulayıb ki, Ermənistan həm də dimplomatiya sahəsində və siyasi müstəvidə Azərbaycanın uğurlarına şahidlik edirdi: “Azərbaycan bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar, qətnamələrdə ərazi bütövlüyü və suverenliyi qətiyyətlə qeyd olunurdu. Azərbaycan diplomatiyasının formalaşdırdığı reallıq, cənab Prezidentin Azərbaycan həqiqətlərini ikitərəfli və çoxtərəfli görüşlər zamanı bəyan etməsi dünyada Azərbaycan haqqında mənzərəni formalaşdırırdı. Bu reallıqlar bizə imkan verdiki biz vətən müahirbəsində öz torpaqlarımızda vuruşaraq torpaqlarımızı işğaldan azad edək. Müharibədən sonrakı dövrdə bir sıra məsələlərə də aydınlıq gətirilir. Hərbi Qənimətlər parkında həmçinin “İsgəndər M” raketinin qalıqları nümayiş olunur. Digər tərəfdən parkda10 dekabr tarixində keçirilmiş zəfər paradında göstərilən stendlə də tanış olmaq mümkündür. Sonra qeyd etmək istəyirəm ki, biz tariximizi gənclərə təbliğ etməliyik ki, erməni faşizmi heç vaxt baş qaldırmasın. Əgər belə bir hal yenidən təkrarlanarsa, onda Azərbaycan ordusu öz dəmir yumruğunu yenidən göstərəcəkdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...