YAP Şəmkir rayon təşkilatı şəhid ailələri və qazilərlə görüşləri davam etdirir
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının fəalları rayonun Zəyəm qəsəbəsindən olan 2016-cı ilin Aprel döyüşləri iştirakçısı, Aprel döyüşlərində fərqlənməyə görə medalı ilə təltif olunan, Vətən müharibəsi zamanı şəhid olmuş, ölümündən sonra Vətən uğrundə medalı ilə təltif olunmuş kapitan İsgəndərov Arzu Seymur oğlunun böyüyüb boya çatdığı evdə onun ailə üzvləri və Zəyəm-Cırdaxan kəndində şəhd Nərimanzadə Ruslan İlqar oğlunun, Hacıyev İsrayıl Səməd oğlunun, Tatarlı kəndində şəhid İbrahimzadə Seyhun Rafiq oğlunun ailə üzvləri ilə görüşüblər.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə bu qəbildən olan insanların həyat şəraitinin və güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.
Sonra F.Vəliyev qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdiyini, Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazdıqlarını və bu qəhrəmanlıq dastanı əbədi yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacağnı bildirdi.Aprel döyüşlərinə toxunan rayon təşkilatının sədri qeyd edib ki, bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi, ərazilərimizin bir hissəsi işğaldan azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi.
Təşkilat sədrinin sözlərinə görə, hərb tariximizə şanlı bir səhifə olaraq yazılan Aprel döyüşləri Vətən Müharibəsində qazandığımız parlaq Zəfərimizin başlanğıc nöqtəsi oldu.
Şəhidlərimizin ailə üzvləri şəhidlərimiz haqqında xatirələrini bölüşüblər və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.Şəmkirli şəhid ailələrinin hər zaman dövlət başçımızın ətrafında sıx birləşdiyini vurğulayıblar..
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB