“Xaricdəki söyüş "qəhramanları"nın bu ölkələrdən deportasiya edilməsi ilə bağlı xəbəri həm sevinc hissi ilə qarşıladım, həm daxilən mütəəssir oldum. Mütəəssir olmağımın səbəbi o idi ki, axı onların hər biri, ən azı sənədlərinə əsasən bu xalqın nümayəndələri, bu ölkənin vətəndaşlarıdır! Necə oldu ki, onlar bu şərəf və ləyaqəti aşağılayan iyrəb yolun yolçuları oldular? Məncə cəmiyyət olaraq hər birimiz bu haqda düşünməliyik. Əksəriyyəti gənlər olan bu qrupun belə ləyaqətsiz yolla pul qazanmaq istəklərinin kökündə təkcə onların qanlarındakı haram elementlərlə bağlamaq, düşünürəm ki, düzgün olmazdı”. “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, onlar bu yola düşmək üçün dəridən-qabıqdan çıxıb saxta sənədlər tərtib ediblər: “Bu saxta sənədləri kimlər verirdi onlara? Əli Kərimli, Cəmil Həsənli kimi özünü siyasi müxalifət adlandırıb vətəndaşı olduğu ölkənin maraqlarını xarici anti-Azərbaycan qüvvələrə, o cümlədən ermənilərə və ermənipərəst qüvvələrə satan siyasət dəllalları. Axı bunlar gənc deyillər, bu yolun heç kimə şərəf, şan gətirməyəcəyini çox yaxşı bilirdilər. Bilib də bu yola gəncləri cəlb etmək isə, hüquqi tərəfi bir yana, ciddi mənəvi məsuliyyət yaradır. İqtidara müxaliflik demokratik cəmiyyətlərdə normal hal hesab edilir. Ancaq iqtidarı gözdən salmaq adı altında dövlətin, millətin dəyərlərini satmaq xəyanətdən başqa bir şey deyil. Nə yazıqlar ki, bizim arxiv iyi verən bəzi siyasət dəllallarımız belə xəyanət yolu tutmaqdan da cəkinmirlər. Sonda zərbə gələcəyimizə, onu quracaq gəncliyimizə dəyir. Mən bilmirəm, onlar Azərbaycana hansı üzlə qayıda biləcəklər. Gözləmək olar ki, Avropada onlara ağalıq edən Leyla Yunus kimilərin köməyi ilə yeni ölkələr tapacaqlar ki, siyasi mühacir adı ilə onları yerləşdirsinlər. İstənilən halda bu faktın özü onların daha da düşük vəziyyatə salınmasına gətirib çıxaracaq. Bir də, məni başqa bir məsələ düşündürür. Bəzi müxalifət adlanan qüvvələr, istifadə etdikləri bu üsuldan əlləri boşa çıxdığını görüb indi hansı vasitələrə əl atacaqlar? Gözləyək, müşahidə edək, tezliklə biləcəyik!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB