Məmməd Əlizadə: \"Müxalifətin törətdiyi iğtişaşlar Dağlıq Qarabağ probleminin həllinin uzanmasına xidmət edir\" - MÖVQE

Məmməd Əlizadə: \"Müxalifətin törətdiyi iğtişaşlar Dağlıq Qarabağ probleminin həllinin uzanmasına xidmət edir\" - MÖVQE

Demokratik Azərbaycan Dünyası partiyasının sədri Məmməd Əlizadə və Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümovun Səs TV-yə müsahibəsi:

- Yeni İslahatlar blokunun yaradılmasına zərurəti nə doğurdu və fəal istiqamətləri hansı yönümlü olacaq?

Məmməd Əlizadə:

- Dünyada gedən proseslərin Azərbaycana təsiri, dövlət başçısının başladığı islahatlara bir qrup müxalif qüvvələrin yanlış reaksiyalarının qarşısının alınması, eyni zamanda Azərbaycan respublikasının prezidentinin sərəncamlarını həyata keçirmək üçün belə bir qurumun yaranması zəruri hala gəldi. Bu zərurətə əsaslanaraq Azad Respublikaçılar, Respublikaçılar, Mübarizlər, Milli Dövlətçilik və Demokratik Azərbaycan Dünyası partiyaları birlikdə Yeni İslahatlar blokunu yaratdıq. Əsas məqsədimiz isə Azərbaycan prezidentinin siyasəi fəaliyyətinə dəstək olmaq, yerlərdə nəzarət funksiyasını yerinə yetirməkdir.

- Müxalifət mətbuatının iddialarına görə, bu qurum hakimiyyətin göstərişi ilə İctimai Palataya alternativ olaraq yaradılıb. Bu haqda nə deyə bilərsiniz?

Ağadur Müslümov:

- Müxalifət partiyasının düşüncələri və irəli sürdüyü iddialar əsassızdır. Azərbaycan prezidentinin gördüyü işlər və bunların nəticələri açıq-aşkar görünür. Siyasi, iqtisadi və digər bir sıra sahələrdə dövlətimizin inkişafına kölgə salmaq istəyən qüvvələr var. Lakin təbii ki, bunlar öz nəticəsini verməyəcək. Ən azından bir vətəndaş kimi hamı dövlət başçısının islahatlarını və ölkəmiz uğrunda gördüyü işləri nəzərdən keçirməlidir. Biz bütün bunları əsas götürərək qərara gəldik ki, ölkə rəhbərinin siyasətinə və yerlərdəki islahatlarını həyata keçirməsinə yaxından kömək edək və dəstək olaq. Bu işdə isə bizə ictimaiyyətin hər bir nümayəndəsi öz köməyini göstərməlidir. Lakin xüsusi olaraq qeyd edim ki, bu qətiyyən İctimai Palataya alternativ deyil. Prezidentin fəaliyyətini dəstəkləyən bu cür partiya birlikləri əvvəllər də fəaliyyət göstərib.

- Fəaliyyətinizi necə və hansı resurslarla həyata keçirəcəksiniz?

Ağadın Müslümov:

- Yeni İslahatçılar blokunun regional qrupları yaranıb, hər bir qrupun ətrafında isə bir neçə rayon birləşib. Nəzərə alsaq ki, hər bir partiyanın rayonlarda orqanları var, onda deyə bilərik ki, hadisələr silsilə variantı ilə bloka çatdırılacaq. Yəni, rayonlar qurumlara, qurumlar regional qruplara, onlar da bloka məlumat ötürəcəklər. Daha sonra əldə olunan məlumatlar müzakirə olunaraq lazimi orqanlara çatdırılacaq. Mən bu məqamda Azərbaycanın ən önəmli problemi, Dağlıq Qarabağ məsələsi haqqında danışmaq istəyərdim. Bu gün bir çox mövzularda narazılıq edən müxalifət özü də Azərbaycan prezidentinin Dağlıq Qarabağla bağlı yeritdiyi siyasəti dəfələrlə dəstəkləyib.

- Radikal müxalifətin ölkə daxilində iğtişaşlar törətmə cəhdlərinə hüquq mühafizə orqanları tərəfindən müdaxilə olunduqdan sonra bəzi beynəlxalq qurumlar Azərbaycan haqqında reallığı əks etdirməyən bəyanatlar yayıblar. Bu haqda nə deyə bilərsiniz?

Məmməd Əlizadə:

- Əvvəla qeyd etmək lazımdır ki, müxalifətin ölkə tərkibində bu cür iğtişaşlar yaratmağa cəhd göstərməsi Azərbaycanın sadəcə ziyanına ola bilər. Çünki Azərbaycana "marağı" olan bəzi ölkələrin respublikamızda siyasi sabitliyi pozmaq cəhdlərinin arxasında məkrli siyasət durur. Bu siyasət ondan ibarətdir ki, Azərbaycanda və Ermənistanda hakimiyyət dəyişilər və zamanla Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılmış bütün addımlar puç olar və bu da bu problemin həllini illərlə uzadar.

Bütün xəbərlər Facebook səhifəmizdə