Əli Kərimli və trolları tüpürdüklərini belə yaladılar İFŞA+FOTO

Əli Kərimli və trolları tüpürdüklərini belə yaladılar İFŞA+FOTO

Və ya erməni maraqlarına işləməyin daha bir aşkar sübutu!

AXCP sədri Əli Kərimlinin bilavasitə nəzarəti altında olan partiyanın sosial şəbəkələrdəki trollar qrupu, eləcə də informasiya resursları əllərinə düşmən hər bir imkandan maksimum yararlanmaqla Azərbaycan dövlətçiliyinə və dövlət maraqlarına qarşı ermənidən artıq erməniçilik etməklə, əslində, düşmənlə əlbir olduqlarını sübuta yetiriblər. Buna sübut olaraq AXCP-nin rəsmi informasiya resursu olan "Azadlıq" qəzetinin facebook hesabında növbəti düşmən mövqeyi sərgilənib, aşkar təxribat əməli törədilib.

SİA xəbər verir ki, qəzetin baş redaktoru (əslində, gerçək baş redaktor Əli Kərimlidir-R.R.) Qənimət Zahid Ermənistanın baş nazirinin müavini Tiqran Avinyanın mətbuat katibi Njde Ovsepyana istinad edib, daha dəqiqi isə erməni tərəfinin dezinformasiyanı real informasiya kimi ictimai rəyə sırımağa çalışıb və yalan məlumat yayaraq qeyd edib ki, guya Azərbaycan ələ keçirdiyi erməni terrorçuları azad edib. Hətta xəstə təxəyyülünə əsaslanaraq Putinin zəngini də öz ağ yalanına əlavə edib.

Onlar sözügedən davranışları ilə bir daha düşmənlərimizin ruporları olduqlarını isbatlamış olublar

Lakin sonradan məlum oldu ki, əsl reallıq tamamilə fərqlidir və Azərbaycan Prezidentinin bilavasitə qətiyyəti, dönməz iradəsi qarşılığında İrəvandan Bakıya uçan təyyarə elə boş olaraq da geriyə qaytarılıb. Sputnik Armeniya və digər erməni informasiya mərkəzləri də yazıblar ki, təyyarədə ancaq Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov olub.

Nəticədə fakt olaraq aydınlaşıb ki, Azərbaycan dövləti heç bir terrorçunu azad etməyib, geri qaytarmayıb, üstəlik, dövlətin maraqları kontekstində şərt və tələblərini irəli sürməklə bu addımının əsl səbəblərini də açıq-aydın izah edib. Təkcə Azərbaycan XİN-nin bəyanatını oxumaq kifayət edər.

Bununla yanaşı, hətta Sputnik Armeniya qeyd edib ki, hava limanına toplaşmış terrorçuların ailə üzvləri Ermənistanın müdafiə nazirliyinin qarşısında aqressivliyə köklənməklə uzun müddətli aksiya keçirməyə başlayıblar. Beləliklə, Əli Kərimlinin və AXCP-nin növbəti dəfə düşmənçilik mövqeyi ortaya çıxıb. Onlar sözügedən davranışları ilə bir daha düşmənlərimizin ruporları olduqlarını isbatlamış olublar. Bütün bunlardan sonra, yəni düşmənə işləmək maraqları bir daha sübut ediləndən sonra Əli Kərimlinin göstərişi ilə Qəniməz Zahid yaydıqları dezinformasiyanı siliblər və bununla tüpürdüklərini yalayan üsnür olduqlarını təsdiq ediblər.

Rövşən RƏSULOV

P.S. Görəsən, Əli Kərimlinin və trollarının erməni aşnaları onların belə bir fəaliyyətlərinə görə qara bank hesablarına nə qədər pul yatıracaqlar?

Bütün xəbərlər Facebook səhifəmizdə