Əgər, Paşinyan Rusiya ilə birgə separatizmi dəstəkləsə... - MÖVQE ÖZƏL

Əgər, Paşinyan Rusiya ilə birgə separatizmi dəstəkləsə... - MÖVQE ÖZƏL

“Emənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri əsasən seçki öncəsi Rusiya ilə əlverişli müqavilələr bağlamaqla mövqeyini gücləndirməyi planlayırdı. Göründüyü kimi Rusiya prezidenti Paşinyana ona bu imkanı tanımadı. Ümumiyyətlə Paşinyan Rusiya üçün arzuolunmaz siyasi şəxsdi və demək olar ki, Paşinyanın israrı ilə belə bir görüş baş tutdu”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi bildirib ki, Moskvada Putinlə görüş səmərəsiz və heç bir nəticə əldə olunmayan sırdan bir görüş kimi xarakterizə etmək olar: “Amma,Rusiya prezidenti V. Putinin Paşinyana Qarabağ separtaçıları ilə əlaqələri müntəzəm saxalmağı və dəstək verməsini istəyib. Çünki, Rusiya tərəfi münaqişənin qaldığını göstərmək istəyir. Bu da Kremlin regionda geosiyasi maraqlarına cavab verir. Birbaşa Rusiya prezidenti çalışır ki, Ermənistanla Azərbaycan arasında Qarabağ məsələsi aktual olsun. Rusiyada burada "barışdırıcı" rolu ilə mövqeyini saxlasın”.

Ekspertin sözlərinə görə, Nikol Paşinyana seçki öncəsi Moskva ilə əlaqələr zəruru idi: “Ona görə buna getdi. Seçkidən sonra N. Paşinyan ölkəsində anti-Rusiya siyasətini davam etdirəcəyi gözlənilir. Paşinyanın Rusiya ilə əlaqələrinin zəifləməsi və onun Moskvadan əliboş qayıtması Azərbaycanın maraqlarına cavab verir. N. Paşinyan seçkidən sonra Qarabağda separatçılara görə Azərbaycanla əlaqələri korlamamaq siyasətinə üstünlük verəcəyi mümkündür. Əgər, Rusiya ilə birgə separatizmi dəstəkləsə, Rusiyadan aslılığı davam edəcək və öz hakimiyyətini riskə ata bilər. Ona görə də N. Paşinyan seçkidə qələbə əldə etdikdən sonra, Rusiyanın diktəsi ilə hərəkət etməyəcək”.

M. Əsədullazadə vurğulayıb ki, seçkidən sonra N. Paşinyan prezident İlham Əliyevlə görüşmək istəyəcək: “Bu, görüşün Avropada baş tutması mümkündür. Ermənistanın blokadan çıxması prezident İlham Əliyevin siyasətindən asılıdır. Təbii ki, Ermənistan şərtlərə əməl etdikdən sonar”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə