Bu günə, 3 aprel səhəri tarixinə qədər Ermənistanda 196 044 təsdiqlənmiş koronavirus yoluxması hadisəsi qeydə alınıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Respublika Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin saytında məlumat yayılıb.
Mərkəzin saytında qeyd olunur ki, beləliklə, Ermənistanda gün ərzində yeni qeydə alınan hadisələrin sayı 1192 olub. Həmçinin bildirilir ki, sutka ərzində COVID-19-dan 4776 test aparılıb, 23 nəfər ölüb.
Mərkəzin məlumatına görə ümumilikdə bu vaxta qədər Ermənistanda 869 652 koronavirus testi aparılıb. Artıq bu ölkəfə koronavirusdan ölənlərin sayı 3575 nəfərə çatıb, 16 150 xəstə müalicə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB