Ermənistanın 2020-ci ildə törətdiyi cinayətlərlə bağlı təşkilatlara 15 müraciət göndərilib - Səbinə Əliyeva
Ermənistan tərəfindən 2020-ci ildə Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin səfirliklərinə, ombudsmanlarına, humanitar təşkilatlara, dini icmalara, diaspor təşkilatlarına və digər qurumlara 15 müraciət göndərilib.
SİA-nın məlumatına görə, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.
S.Əliyeva həmçinin bildirib ki, Ermənistanın Azərbaycan əsirlərinə qarşı işgəncələri, qeyri-insani davranışları diqqətdə saxlanılıb.
O qeyd edib ki, Ermənistan tərəfindən əsirlərin işgəncələrə məruz qalması, əsirlərə qarşı törədilən qeyi-insani hərəkətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edilərək Ermənsitanla bağlı hüquqi məsuliyyətin müəyyən edilməsi üçün tədbirlər görülməsi tələb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB