27-30 il ərzində erməni işğalı altında qalmış torpaqlarımızın tamamilə dağıdılması, yerlə-yeksan edilərək talan edilməsi faktları artıq kifayət qədərdir. Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Laçın və s. azad olunmuş ərazilərimizin ölü zonaya çevrilməsi də sübut edir ki, işğalçı ermənilər işğal illəri boyunca azərbaycanlılara aid olan bütün yaşayış massivlərini təməlli şəkildə dağıdaraq məhv ediblər. O cümlədən, dini və mədəniyyət ocaqlarımızın, məzarlarımızın bütünlüklə dağıntılara məruz qalması barədə artıq beynəlxalq aləm də xəbərdardır. Əbəs deyil ki, xarici diplomatik nümayəndəliklərdən tutmuş KİV nümayəndələrinə qədər bir çox nüfuzlu insanlar sözügedən faktlar barədə, yəni erməni vəhşiliyi haqqında öz fkir və qeydlərini aparıblar, onlar tərəfindən mövzu ilə bağlı sənədli çəkilişlər, geniş reportajlar hazırlanaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
SİA xatırladır ki, üçtərəfli bəyanatın imzalanmasından sonra əldə edilən razılaşmaya görə yalnız Qarabağ bölgəsi deyil, həmçinin, Ermənistan tərəfindən zəbt edilmiş ərazilərimiz geri qaytarılıb və həmin ərazilərə Silahlı Qüvvələrimiz nəzarət edirlər. Eyni zamanda, bəyanata əsasən, geri qaytarılması gözlənilən ərazilərimiz sırasında Qazax rayonunun yeddi kəndi və Naxçıvanın ərazisinə daxil olan Kərki kəndi də var.
Bu arada, 1992-ci ilin 14 iyununda Qazax rayonunun işğal edilmiş yeddi kəndindən birinin – Açağl Əskipara kəndinin işğal müddətində, yəni 29 il ərizndə uğradığı vəziyyətinin fotosunu diqqətə çatdırırıq. Foto 2013-cü ildə Jean-Philippe Tournut tərəfindən çəkilib. Qeyd edək ki, kənddə işğala qədər 1065 azərbaycaynlı yaşayıb.
Beləliklə, Ermənistanın Azərbaycandan işğal etdiyi və Qazax rayonunun inzibati ərazisinə aid olaraq geri qaytarılmalı olan kəndləri bunlardır:
Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB