Nazarbayevin Türk Şurasının adının dəyişdirilməsi ilə bağlı təklifi dəstəklənib
Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəxri sədri Nursultan Nazarbayevin təşkilatın adının dəyişdirilməsinə dair təklifi dəstəklənib.
SİA-nın xəbərinə görə, bu barədə Türk Şurasına üzv dövlətlərin liderlərinin qeyri-formal görüşünün yekunu ilə bağlı qəbul olunan bəyanatda bildirilib.
Qeyd olunub ki, bununla bağlı xarici işlər nazirlərinə və Baş katibliyə 2021-ci ildə Türkiyədə keçiriləcək VIII Zirvə Görüşündə qəbul ediləcək müvafiq qərar layihəsinin hazırlanmasına dair təlimat verilib.
Xatırladaq ki, Türk Şurasının 2019-cu ildə Bakıda keçirilmiş VII Zirvə Görüşündə N. Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi təklifi ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB