İqtisadi maraqlar regionda yeni əlverişli imkanlar yaradacaq - ŞƏRH ÖZƏL

İqtisadi maraqlar regionda yeni əlverişli imkanlar yaradacaq - ŞƏRH ÖZƏL

“Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi regionda nəqliyyat layihələrinin reallaşdırılmasına da təkan verdi. Çünki 30 il müddətində Ermənistanın işğalçı siyasəti nəticəsində Bakı Mehri və Naxçıvan dəmir yolu işləmirdi və bu beynəlxalq bir nəqliyyat sisteminə keçməsinə mane olurdu”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, vəziyyət dəyişib və regionda yeni bir nizam formalaşır: “Hazırda Bakı-Mehri və Naxçıvan oradan da Qarsa uzanan dəmir yol Avropa və Asiyanı birləşdirən yeni bir nəqliyyat arteriyası olacaq. Bu Avrasiya məkanında yeni bir dəhlizin açılmasıdır və hesab edirəm ki, Azərbaycan burada tranzit ölkə kimi daha da fəal şəkildə proseslərdə iştirak edəcək”.

M.Əsədullazadə vurğulayıb ki, ümumiyyətlə bu dəmir və avtomobil yolu işə düşdükdən sonra iqtisadi gəlirləri Azərbaycanın büdcəsinə xeyir verəcək: “Həmçinin bu regionda sülhün əldə edilməsi və qorunub saxlanılmasına təkan verəcək. İqtisadi maraqlar imkan verəcək ki, regionda yeni bir əlverişli şərait yaransın. Ona görə də bu yolun siyasi-iqtisadi əhəmiyyəti region xalqlarına müsbət perspektivlər vəd edir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə