Putin, Merkel və Makronun videokonfransı RAZILAŞDIRILIR

Putin, Merkel və Makronun videokonfransı RAZILAŞDIRILIR

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makronun, eləcə də Almaniya baş naziri Angela Merkelin videokonfransının vaxtı hələ müəyyənləşdirilməyib. SİA RenTV-yə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, hazırda Moskva video konfrans üçün razılığa gəlmək məqsədilə Berlin və Parislə danışıqları davam etdirir. Peskov konfransda təkcə Ukraynanın müzakirə mövzusu olmayacağını qeyd edib. Lakin Donbasdakı vəziyyətin gərginləşməsi məsələsi hələ gündəmdədir.
"Əlbəttə, indi Donbasdakı vəziyyətə toxunmadan oxşar bir müzakirə formatı mümkün deyil. Əlbəttə, bu mövzu bir şəkildə gündəmdə olacaq. Ancaq tək mövzu bu deyil", deyə Peskov bildirib.
Kremlin sözçüsü, videokonfransın Normandiya Dördlüyü formatında keçirilməyəcəyini əlavə edib.
Xatırladaq ki, bir qədər əvvəl Almaniya hökumətinin sözçüsü Steffen Seibert, Rusiya, Almaniya və Fransa liderlərinin videokonfransının bazar ertəsi günü baş tutmadığını söyləyib. Onu da diqqətə çatdıraq ki, bir gün əvvəl Peskov, Putinin Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmaq planının olmadığını deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə