"Prezidentə impiçment elan edilməsi üçün bir çox əsas var" Ara Saqatelyan

"Prezidentə impiçment elan edilməsi üçün bir çox əsas var" Ara Saqatelyan

Armen Sarkisyan büdcə hesabına bəzi fürsətlərdən istifadə edir və prezident institutunun guya fəaliyyətdə olduğunu imitasiya etməklə məşğuldur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin keçmiş rəhbəri, Ermənistan Respublikası Prezident Aparatının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin keçmiş direktoru Ara Saqatelyan deyib.
"Döyüş vəziyyəti əvvəlcə Ermənistanda siyasi məqsədlə, o cümlədən söz azadlığını və müxalifətin öz iradələrini ifadə etmək hüququnu məhdudlaşdırmaq üçün tətbiq edilib", deyə Ara Saqatelyan bildirib.
Dediklərini əsaslandırmaq üçün Ara Saqatelyan, özü təqsirləndirilən və artıq başladılan cinayət işlərindən birini nümunə gətirib.
"Bu cinayət işinin sütunu hərbi vəziyyətdə etiraz aksiyasının keçirilməsidir. Məni etiraz aksiyası təşkil etməkdə və aparmaqda ittiham edirlər. Beləliklə, bir növ iş icad etdilər və həyata keçirirlər", deyib Saqatelyan.
Hakim "Mənim Addımım" blokunun fraksiyasından olan millət vəkillərinin Ermənistanda hərbi vəziyyətin ləğvi üçün səs verdiklərinə gəlincə, Ara Saqatelyan "Mənim Addımım" fraksiyasının, hərbi vəziyyətin ləğvinə başlamaq məsələsində əslində, siyasi bir fəallığının olmadığına diqqət çəkib.
"Bu, saxta bir şeydir, çünki uzun müddətdir ki, hərbi əməliyyatlar aparmırıq və onların bərpası üçün heç bir perspektiv yoxdur. Çünki Rusiyanın orada sülhməramlı missiyasını həyata keçirdiyini yaxşı bilirik. Bunun, yəni, hərbi vəziyyətin ləğvinin alternativi yoxdur. Bu hal "Mənim addımım"-ın guya siyasi qüvvə olduqlarını nümayiş etdirmək üçün başqa bir addımı idi. Əslində, orada siyasi bir qüvvə görmürəm", deyə Ara Saqatelyan bəyan edib.
Ermənistandakı mövcud hakimiyyətin küçə döyüşləri yolu ilə kənarlaşdırılması tələbinin yerinə yetirilməsini real hesab edib-etmədiyi soruşulduqda A. Saqatelyan müsbət cavab verib.
"Əvvəla, demək istəyirəm ki, hakimiyyətin açıqlamaları eqoist maraqlara söykənir, bunlar xəyali reallıqdır. Başqa sözlə, insanlar küçələrə toplaşmırsa, deməli, sosial tələbin olmadığını iddia etmək olmaz. Həmişə biz yalnız belə bəyanatlar eşitmişik", deyə Saqatelyan sualı cavablandırıb.
Paşinyanın Ermənistanın baş naziri vəzifəsindən istefa tələbinin hazırkı prezidentin Nikol Paşinyanla görüşməsinə mane olmadığına diqqət çəkən Ara Saqatelyan bu barədə də fikirlərini açıqlayıb.
"Heç bir şey onları narahat etmir. Mən hesab edirəm ki, ölkəmizin prezidenti yoxdur. Büdcə hesabına bəzi fürsətlərdən istifadə edən və prezident institutunun fəaliyyətini təqlid edən, guya prezident institutunun fəaliyyətdə olduğunu imitasiya edən bir insan kimi prezidentimiz var.
Mən hüquqşünas və ya politoloq deyiləm, çalışmadığım sahələrdə birmənalı fikir bildirməməyə və açıqlamalar verməməyə çalışıram. Ancaq düşünürəm ki, hazırkı prezidentin impiçmentinin elan edilməsi üçün artıq bir çox əsaslar var", deyə Ara Saqatelyan əlavə edib.

Xatırlaqdaq ki, hərbi vəziyyət Ermənistan Milli Məclisinin müxalifət fraksiyalarının təşəbbüsü ilə ləğv edilib. Amma hakim partiya, Ermənistan hakimiyyəti bunu da siyasi divident kimi istifadə etməyə çalışır və müxalifət belə bir cəhdin cəfəngiyyat olduğunu bəyan edir. Üstəlik, xaosun hökm sürdüyü Ermənistanda ölkə prezidentinin də fəaliyyətsizliyi, onun sadəcə prezident fəaliyyətini imitasiya etməsi diqqətdən yayımlayıb. Görünür, siyasi qalmaqallar təkcə baş nazirin deyil, həm də prezidentin başında çatlaya bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə