Putinin digər ölkələrlə münasibət qurmaq barədə fikirləri Peskov tərəfindən açıqlandı

Putinin digər ölkələrlə münasibət qurmaq barədə fikirləri Peskov tərəfindən açıqlandı

Rusiya prezidenti Vladimir Putin bütün ölkələrlə yaxşı münasibətlərin tərəfdarı olduğunu, ancaq bunları tək qurmağın mümkün olmadığını söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Prezident Putin hər kəslə yaxşı münasibətlərin qəti şəkildə tərəfdarıdır, lakin təbii ki, onları tək başına qurmaq mümkün deyil", deyə Peskov bildirib.
Putinin siyasi sahədə hansı müstəvidə olduğu ilə bağlı sualı cavablandıran Peskov bunların siyasi araşdırmalar olduğunu, bu sualın politoloqlara verilməli olduğunu qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə