Növbədənkənar seçkilər fonunda Ermənistanda siyasi vəziyyət - ŞƏRH ÖZƏL
“Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə təmsil olunan "Çiçəklənən Ermənistan" partiyasının sədri Q. Çarukyan və " İşıqlı Ermənistan" partiyasının sədri E. Marukyanla görüşərərək, bu ilin iyul ayının 20-də növbədənkənar parlament seçkilərinə getmək barədə razılıq əldə edib. Q. Çarukyan və E. Marukyan koalisiya hökumətində yer almaq üçün Paşinyanın təklifini qəbul ediblər. Həmçinin hər iki şəxs Paşinyanın ölkədə alternativin olmadığının fərqindədirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, müxalifətin digər qanadı revanşist "Vətənin xilası naminə" hərəkatında birləşən 17 partiya isə, Vazgen Manukyan, Serj Sarksiyanın başçılıq etdiyi xətt məğlub olacaqlarından dolayı seçkilərin əleyhinədir: “Ümumiyyətlə, bu qrupun seçkilərdə qələbə əldə etməsi mümkün deyil. Seçkilərə qatılacağını daha da əvvəldən elan edən eks-prezident Robert Koçaryanın hansı qərar verəcəyi məlum deyil. Çünki o, əvvəlcədən seçkiyə qatılacağını vurğulamışdı. Nikol Paşinyan siyasi gediş edərək, ordunu və müxalifəti məğlub edə bildi. Seçkilərə qədər "Qarabağ klanı"nın seçkilərə qədər təxribatlara əl atacağı mümkündür. Paşinyan çalışacaq ki, R. Koçaryan və Vazgen Manukyanın siyasi dayaqlarını zəiflətsin. N.Paşinyan seçki elan etməklə, cəmiyyətin özünə qarşı münasibətini müsbətə doğru dəyişdi və müharibədə məğlubiyyətdən sonra legitimliyini bərpa edəcək.
Seçkilərdə Paşinyanın qələbə çalması şübhəsizdir. Növbəti kabineti formalaşdırdıqdan sonra, Ermənistanda konstitusiya dəyişiklərinə gedib, prezident postunda əyləşəcək. Nikol Paşinyan seçkidən sonra, Türkiyə ilə əlaqələrin bərpası üçün də hərəkətə keçəcək. Həmçinin, Azərbaycanla sərhədin müəyyənləşdirilməsi və kommunikasiyaların açılması üçün addım atması və birgə komissyanın işini sürətləndirəcək”.
M.Əsədullazadə vurğulayıb ki, Qarabağda Rusiyanın məsuliyyət zonasında proseslərə gəldikdə isə, Yerevan bu istiqamətdə problemlər ortaya atması mümkündür: “Qarabağda silahlı erməni birləşmələrinin çıxarılmasını təmin edə bilər. Bundan əlavə, Azəraycan Ermənistana qaz tranzitini həyata keçirir. Qarabağdakı erməni icmasını elektirik enerjisi ilə təmin etməsi gözlənilir. Bunlar Qarabağda ermənilərin inteqrasiyasına hesablanıb. Amma burada Rusiya Donbasdakı kimi proseslərə mane ola bilər. Çünki Donbasda əhalinin pensiyalarını Kiyev verir, həmçinin işıq və qazla təmin edir. Amma nəticə ortadadır. Oradakı separatçılar Kiyevə tabe olmur. Ona görə də Azərbaycan Qarabağdakı erməniləri qaz və işıqla təmin edəcəksə, Ermənistan və Rusiyanın burada fəaliyyətinə son verməlidir. Nikol Paşinyan da çalışır ki, Qarabağdakı ermənilərin təminatını Ermənistan büdcəsindən azad etsin. Qarabağdakı ermənilər və oradakı silahlı birləşmələri saxlamaq Ermənistan üçün əlavə yükdür. Ona görə də Paşinyan bu yükdən azad olmaq istəyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB