Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Azərbaycanın bir qrup media orqanı və QHT rəhbərlərinin, blogerlərin, ictimai fəalların işğaldan azad olunmuş Ağdama səfəri başlayıb. SİA-nın verdiyi məlumata görə, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Nümayəndə heyəti Baş Qərvənd kəndində dəmiryol ətrafında minatəmizləmə prosesi, Ağdamda ermənilərin hərbi istehkamları ilə tanış olacaqlar. Bununla yanaşı, səfərə Ağdam şəhəri ilə, o cümlədən tarixi, mədəniyyət abidələri ilə tanışlıq da daxildir.
Daha sonra Proqram çərçivəsində nümayəndələr Bərdə şəhərinə səfər edərək orada Tərtərçay üzərindəki su kaskadı ilə tanış olacaqlar.
Qeyd edək ki, səfərdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "Xalq qəzeti" nin baş redaktoru Həsən Həsənov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı, "APA" Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı, "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev və digər tanınmış jurnalistlər, eləcə də Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı və başqaları iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB