Dövlət Başçısı İlham Əliyevin YAP-ın VII qurultayındakı çıxışından strateji çıxarışlar
Azərbaycan öz tarixnin olduqca mühüm dövrünü yaşayır. Ölkəmiz 30 ilə yaxında davam edən Ermənistan işğalının ortadan qaldırılması üçün Dövlət Başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir tarix yazdı. 44 günlük Vətən Müharibəsi ərzində düşmən darmadağın edildi. Ümummilli Lider Heydər Əliyevin strategiyasının ehtişamı Cənab Prezidentin fəaliyyəti ilə ortaya qoyuldu.
Cənab Prezident ilk öncə dünya mətbuat tarixinə qızıl hərflərlə düşən mətbuat konfransında ölkəmizin siyasi kursunun mahiyyətini açıqladı. O bildirdi ki, Azərbaycan dövlətinin siyasəti həm müharibə zamanı, həm də müharibədən sonra birmənalıdır. Azərbaycan daim sülhün və əmin amanlığın tərəfində olmuşdur. Dövlətimiz müharibəyə meyilli aqressiv bir dövlət deyildir. Lakin torpaqlarımızın hərbi yolla azad edilməsi tarixi prosesin davamı olaraq zəruri bir tədbir idi.
Dövlət başçısı bəyan etmişdir ki, Azərbaycan Qafqazın iqtisadi və siyasi inkişafının tərəfdarıdır. Bunun üçün isə həm bölgə ölkələrinin, həm də digər tərəfdaşların düzgün nəticə çıxarması lazımdır. Xüsusi ilə Ermənistan rəhbərliyi müasir reallıqları düzgün qiymətləndirilməlidir.
Bəzən Ermənistan rəhbərliyinin məsələlərə yanaşmasında səslənən revanşist fikirlər öz daxilində ciddi problemlərə gətirib çıxarmışdır. Bu gün Ermənistan az qala vətəndaş müharibəsi ərəfəsindədir. Hərbçilərin bəyanatları faktiki olaraq hərbi çevriliş xarakteri alır. Ermənistan siyasi hakimiyyətinin ölkəni uçuruma sürükləməsi əhalinin ona etimadının itməsinə gətirib çıxardıbdır.
Burada bir daha bir məsələni vurğulamaq istərdim. Erməni anaları bizim Dövlət Başçımızın xalqının maraqlarını müdafiə edən siyasəti ilə öz hakimiyyətlərinin mənfur siyasətini müqayisə edir. Hətta övladlarının xilası üçün məhz Cənab Prezident İlham Əliyevə müraciət edirlər. Çünki Azərbaycan məhz onun siyasi fəaliyyətinin nəticəsində güclü, güclü olduğu qədər də humanist bir dövlətdir.
Son proseslər bir daha onu göstərdi ki, hər bir dövlət öz resurslarına əsasən strateji inkişaf xətti seçməlidir. Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti bu baxımından öz konseptuallığı ilə seçilir. Azərbaycanda regional inkişaf təmin edilmiş, regionun ən güclü ordusu formalaşmış, xalq və iqtidar birliyi təmin edilmişdir.
Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq 44 günlük müharibə dövründə bütün milli qüvvələr bir yumruq şəklində birləşmiş və o yumruq düşmənin başına enmişdir. 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan ictimai həmrəyliyin zirvəsini nümayiş etdirmişdir. Bunun əksinə olaraq düşmən ölkəsinin cəmiyyəti daxili ziddiyyətlər dövrünə qədəm qoymuşdur. Hakimiyyət və xalq arasında uçurum yaranmış, ordu siyasi hakimiyyətə itaətsizlik nümayiş etdirmişdir.
Siyasi kursumuzun davamı olaraq önümüzdəki 4 ildə Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin 6 əsas strateji hədəfi müəyyən edilmişdir. Bunlar makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadi davamlılığın və iqtisadiyyatda şəffaflığın artırılması, milli iqtisadiyyatın və ixracatın rəqabət qabiliyyətinin artırılması, dövlət müəssisələrinin səmərəliliyi, özəl investisiyaların genişləndirilməsi və prioritet sahələrin inkişafının təmin edilməsi, milli yenilik ekosisteminin inkişafı və insan kapitalının inkişafının sürətləndirilməsi, bölgələrin sabit və davamlı inkişafının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, pandemiya və pandemiya sonrası dövrlərdə xalq sağlamlığının qorunması, sosial müdafiənin və sosial təminatın gücləndirilməsi, ekoloji tarazlığın qorunması, resurslardan səmərəli istifadəsi kimi mühüm məsələlərdir.
Azərbaycan Respublikasının xarici siyasətinin düzgünlüyü tarixi proseslərin gedişində özünü göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkəmizin Türkiyə ilə qardaşlıq münasibətlərinin dərinləşdirilməsinin xarici siyasətimizdə önəmini hər zaman saxladığını vurğulamışdır. Bununla bağlı olaraq Dövlət Başçısı tərəfindən söylənilən fikirlər konseptual xarakter daşıyır.
Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Qardaşlığımız zamanın sınağından çıxdı. Konkret olaraq bu mövzuda Türkiyə Prezidenti açıq şəkildə Azərbaycana güclü dəstəyini bildirdi. Azərbaycanın tək olmadığını, Türkiyənin yanında olduğunu söylədi. Türkiyə ilə münasibətlərimizin uzun bir tarixi və daha da parlaq bir gələcəyi var. Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədləri olan yeganə ölkə olması ona bölgədə söz sahibi olmaq hüququ verir. Beləliklə, görürük ki, Azərbaycan özünün regional və qlobal əhəmiyyətini siyasətinin düzgünlüyü ilə ortaya qoymuşdur.
Bütün bu proseslərin siyasi əsasını Azərbaycan Respublikasında hakim partiya olan YAP-ın ümumi kursu təşkil edir. Həmin kursun memarı Ümummilli Lider Heydər Əliyev olmuşdur. Müasir tariximizin ən mühüm haidsələrindən biri də YAP-ın VII qurultayının keçirilməsidir. Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini Mehriban xanım Əliyeva Qurultayın işində iştirak etdilər. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış etdi.
Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənildi. Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə edildi. Qəbul edilmiş qərara əsasında Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Qurultayda həmçinin, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demoktatik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edildi.
Son məqam xüsusi ilə ölkədə siyasi qüvvələrin milli maraqlar ətrafında konsalidasiyasının bir nümunəsidir. Bu nümunə daxili və xarici siyasətin biri birini tamamlamasının nəticəsidir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında Dövlət Başçısı İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər xarici və daxili siyasətimizin gələcəkdə də uğurla davam etdiriləcəyinə dair əminlik formalaşdırır. Ilk öncə onu qeyd edilməlidir ki, Dövlət Başçısı öz çıxışında tarixi varislik prinsipini diqqətə çatdırmışdır.
O qeyd etmişdir ki, biz tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində qurmalıyıq. Dövlət Başçısının sözlərində aşağıdakı həqiqətlər ifadə edilmişdir ki, 1993-2003-cü illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur.
Bəli, bu bizim üçün ən önəmli çıxarışlardan biridir. Keçmişlə sağlam bağ qura bilməyən millətlər gələcəyə doğru düzgün addım ata bilməz. Tarixi varislik prinsipi bizim milli inkişafımızın əsas rəhnlərindəndir.
Eyni zamanda Dövlət Başçısı çıxışında bildirmişdir ki, ölkənin gələcəyi elə planlaşdırmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.
Dayanıqlı inkişafın təmin edilməsi istiqamətində ölkəmizdə əhəmiyyətli islahatlar aparılır. Insanların vəzifələndirilməsi zamanı onların layiqlilik dərəcəsi əsas alınır. Gənc kadrların önə çəkilməsi istiqamətində ciddi işlər görülür. Bizim üzərimizə də məsuliyyət düşür. Hər birimiz Prezidentin qeyd etdiyi bu məqamı əsas alaraq dayanıqlı inkişafın təmin edilməsi üçün öz potensialımızı maksimal şəkildə ortaya qoymalıyıq.
Diqqəti cəlb edən digər məqam Dövlət Başçısının çıxışında aşağıdakı şəkildə özünü göstərdi. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə Prezident İlham Əliyev hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Buradan hər bir Azərbaycan vətəndaşı, xüsusi ilə dövlət strukturlarında çalışan şəxslər nəticə çıxartmalıdır. Insan kapitalı hər şeydən üstündür. Gələcək nəsillərin Vətənə layiqli bir şəkildə yetişdirilməsi istiqamətində Dövlət Başçısının ortaya qoyduğu əsaslara məsuliyyətlə xidmət etməliyik. Təhsildə, elmdə, siyasətdə gənc nəsillərin tarixi mirasla sağlam birləşməsini təmin etməliyik.
Ölkəmizin inkişafı ilə bağlı söylənilən digər məsələ də milli dialoqla bağlıdır. Bununla bağlı olaraq Cənab Prezident söyləmişdir ki, biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar arasında, - bir siyasi, özünü siyasi qurum adlandıran antimilli şuranı əgər biz istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub.
Bəli, milli dialoq mühitinin sağlamlaşdırılması istiqamətində də işlərin dərinləşməsi üçün bizim vətəndaşlar olaraq üzərimizə ciddi vəzifələr düşür. Xarici qüvvələrə deyil, milli maraqlara xidmət edən hər bir kəslə Ölkə Başçısını nümunə alaraq sağlam münasibətləri inkişaf etdirməliyik. Çünki bu bizi güclü edən amildir.
Nəhayət, onu da vurğulayaq ki, Dövlət Başçısının çıxışından irəli gələn çıxarışlar onu deməyə əsas verir ki, biz Cənubi Qafqazda sağlam mühitin dərinləşməsi üçün çalışacağıq. Hər hansı isə üçüncü qüvvələrin destruktiv fəaliyyətinə imkan verilməyəcəkdir. Bunun qarşısının alınması üçün iki istiqamətdə ciddi işlər görülür. Daxili siyasətdə xalq-iqtidar birliyi dərinləşən islahatlarla möhkəmlənir. Xarici siyasətdə isə strateji müttəfiqlərin düzgün seçilməsi, tərəfdaşlarla da milli maraqlarımıza uyğun siyasətin müəyyənləşdirilməsi bizi dünyanın aparıcı dövləti sırasında öz mövqeyimizdə sabit edəcəkdir. Çıxın önəmli məqamlarından biri də Zəngəzur məsələsidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir.
Bütün bu işlərin görülməsində avanqard olaraq YAP xüsusi ilə seçilməlidir. Çünki Dövlət Başçısının da qeyd edtiyi kimi Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir.
Bu istiqamətlərin tamlığında idrak edilməsi və icrasında iştirak etmək bizim borcumuzdur.
BDU-nun Tarix fakültəsinin dekan müavini t.ü.f.d, dos.
Bəxtiyar Eyvaz oğlu Nəbiyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB