“Putin və Bayden arasında hələ bir razılaşma yoxdur” Dmitri Peskov
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında yaxın gələcəkdə telefon danışığı planlaşdırılmır. SİA RenTV-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov söyləyib.
"Bununla bağlı hələ bir razılaşma yoxdur", deyə Dmitri Peskov bildirib.
Beləliklə də, Rusiya Prezidentinin Mətbuat Katibi iki dövlətin liderlərinin yaxın gələcəkdə liderlər arasında təmasın olub-olmaması sualına cavab verib.
Göründüyü kimi, iki ölkə, ABŞ və Rusiya arasında soyuq münasibətlər hələ də davam edir. Rusiya Prezidentinin Mətbuat Katibinin sözlərindən bəlli olur ki, bu münasibətlərdə, ən azından hələ də qeyri-müəyyənlik var. Əks halda, ölkə prezidentləri yaxın zamanda görüşməsələr belə gələcək görüşlər barədə planlayardılar və Peskov bunun barəsində danışardı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB