Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Soltanov Nadir Nazir oğlunun, Şıxəliyev Fariz Şahverdi oğlunun və Beydiyev Nazim Eynulla oğlunun ailə üzvlərini ziyarət ediblər.
Görüşlər zamanı bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Şamaxı rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.
Qeyd edək ki, şəhid Soltanov Nadir Nazir oğlu 11 yanvar 1984-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Vətən müharibəsinin ilk günündə - sentyabr ayının 27-də Füzulinin işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Gizir Şıxaliyev Fariz Şahverdi oğlu Şamaxı rayon Qaravəli kəndində anadan olub. Şuşa ətrafında gedən döyüşlərdə şəhid olmuşdur.
Şəhid Beydiyev Nazim Eynulla oğlu Şamaxı rayon Mirikənd kəndində 24 yanvar 1991-ci ildə anadan olmuşdur. Suqovuşan qəsəbəsini azad edərkən oktyabr ayının 9-da şəhid olmuşdur.
Şəhid ailələrinin üzvləri və qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı Cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB