Parlamentin aparat rəhbəri istefa verdi Ermənistanda

Parlamentin aparat rəhbəri istefa verdi Ermənistanda

Ermənistan parlamentinin aparat rəhbəri Tiqran Qalstyan istefa verib və özəl sektorda fəaliyyətə başlayıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
"Milli Məclis (parlament) aparatının baş katibi Tiqran Qalstyan vəzifəsindən azad edilmək üçün ərizə təqdim edib", deyə parlamentin veb saytındakı açıqlamada bildirilir.
Həmçinin Qalstyanın özəl sektorda işləməyə, fəaliyyətə davam etdiyi qeyd olunur.

Göründüyü kimi, Ermənistanda istefa xəbərləri biri digərinin ardınca gəlir. Heç şübhəsiz ki, bu hal təsadüfi deyil. Bir qədər əvvəl baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanın istefasını elan etməsi də, elə parlamentin aparat rəhbərinin istefası da Ermənistanda müşahidə olunan siyasi böhranın, təlatümlərin, xaosun təzahürüdür. Erməni ekspertlər özləri də hələ bundan sonra istefa dalğasının daha da güclənəcəyi ehtimallarını təkzib etmirlər. Hətta, bir çoxları baş nazir Nikol Paşinyanın özünün istefası barədə proqnozlar verirlər. Hər bir halda bu işğalçı ölkədə böhranlı vəziyyətin olduğu günün reallığıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə